Biznes Maraqlarının Müdafiəsi – Ümumi Məlumat 2016-12-22T17:05:06+00:00

Biznes Maraqlarının Müdafiəsi – Ümumi Məlumat

Ötən illər ərzində Azərbaycan hökuməti Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün çox işlər görmüşdür. Azərbaycanın neft-qaz sektoruna qoyulmuş və öz əhəmiyyətini davam etdirəcək böyük xarici sərmayələrlə yanaşı, hökumət qeyri-enerji sektorunun inkişafının Azərbaycanın gələcəyi və onun əhalisinin rifahı üçün böyük önəm kəsb etdiyini başa düşür. Hökumətin hazırkı siyasi istiqamətinin tətbiqi və Sovet dövründən (eləcə də yaxın keçmişdən) qalmış problemlərin davamlı şəkildə aradan qaldırılması inkişaf edən və çiçəklənən Azərbaycanın Şərq-Qərb ticarət yolu, Xəzər Hövzəsi və Mərkəzi Asiya üçün əvəzsiz regional maliyyə və dəstək mərkəzinə çevrilməsinə imkan yaradacaqdır.

AmCham-ın kollektiv bilikləri, təcrübəsi və bacarıqları bizə Azərbaycanın siyasi kursunun hazırlanması prosesinə təsir göstərmək üçün böyük imkanlar açır. Azərbaycanın artan rifahının dəstəklənməsində AmCham və onun komitələri sərmayə konfransları, Azərbaycanın dövlət rəsmiləri və Amerika diplomatları və rəsmiləri ilə görüşlərin keçirilməsi ilə birbaşa iştirak edir.

AmCham həmçinin üzvlərinə hökumətin qərarverici yüksək vəzifəli şəxsləri ilə önəmli iqtisadi və ticarət məsələlərini müzakirə etmək imkanı yaradır. Həm Azərbaycanda, həm də xaricdə oxşar qurumlarla keçirilən görüşlər dəyərli fikir və məlumat mübadiləsi, siyasi əlaqələndirmə və ümumi strateji məqsədlərə nail olunması təsəvvürünün yaradılmasına imkan verir. Fəaliyyətlərinin hüquqi çərçivəsində, AmCham öz komitələrindən məsləhət alır və onları müvafiq nazirliklərə təqdim edir. Təklif olunan dəyişikliklər Milli Məclisdə baxılır və onlar yeni qanunların son variantına böyük təsir göstərə bilir. AmCham eyni zamanda qanunvericilik prosesinə öz töhfəsi və təsirinin artırılmasına çalışır.