Missiyamız 2016-12-22T15:45:56+00:00

Missiyamız

MİSSİYAMIZ

Bizim missiyamız Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsinə çalışmaq və üzvlərimizə xidmətlər göstərməklə onların biznes maraqlarını böyütməkdən ibarətdir. Azərbaycanda fəal və müsbət təsiredici mövqeyə malik olmaqla, biz öz missiyamızı bütövlük və ölkəyə hörmət, bütün yerli qanunlara riayət və bütün əlaqələrimiz və əməliyyatlarımızda ən yüksək etik standartların izlənməsi çərçivəsində yerinə yetiririk.

KOMİTƏNİN ƏSAS STRATEGİYASI

Azərbaycanda Amerika Ticarət Palatası Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya əsaslı biznes ittifaqıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan 280-dən çox üzvdən və müxbir üzvdən ibarətdir. Biz Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyaların mühüm bir hissəsini təmsil edirik. Palatanın sənaye sahə komitələri vasitəsilə üzvlər məlumatlar bölüşür, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edirlər. AmCham üzvü olaraq, şirkətlər və təşkilatlar Azərbaycan və ABŞ hökumətlərinin biznes məlumatları və əlaqələrinin geniş şəbəkəsinə daxil olmaq imkanı qazanır.

1. Enerji 6. İstehlak Məhsulları 10. Daşınmaz Əmlakın Tikintisi / İdarəetməsi
2. Peşəkar Xidmətlər 7. Səhiyyə / Tibb 11. Qeyri-kommersiya Sahəsinin İnkişafı
3. Səyahət / Turizm 8. Diplomatiya 12. Bankçılıq / Maliyyə
4. İstehsalat 9. Təhsil 13. Nəqliyyat
5. İT / Kommunikasiya