Bank, Maliyyə və Sığorta 2016-12-22T16:05:17+00:00

Bank, Maliyyə və Sığorta

Komitə ümumi maliyyə xidmətləri, o cümlədən bankçılıq və sığorta sektorlarına nəzarəti həyata keçirir. Komitə əsas diqqətini Azərbaycanda Amerika və Azərbaycan-ABŞ birgə müəssisə biznesini balanslaşdıra biləcək məsələlərə yönəldəcək. Maliyyə komitəsi Azərbaycanın maliyyə sisteminin daha geniş şəkildə anlaşılması istiqamətində çalışacaq. Maliyyə sistemləri və daha sağlam maliyyə infrastrukturunun daha yaxşı gözdən keçirilməsi ölkədə həm dayanıqlı iqtisadi artım, həm də sosial tərəqqinin təmin olunmasında bizə köməklik göstərəcək. AmCham-ın maliyyə komitəsi maliyyələşmənin cəlb olunması və maliyyə ayrılması üçün fəaliyyət göstərir. AmCham ümumilikdə öz üzvləri üçün bir sıra maliyyə xidmətlərinin göstərilməsi məqsədilə təşkilatların bir araya gətirilməsi üçün fəaliyyətlər həyata keçirir.

Bankçılıq, Maliyyə və Sığorta (BMS) Komitəsi AmCham-ın BMS sahəsi üzrə üzvlərinin maraqlarının dəstəklənməsi və ön plana çəkilməsinə səy göstərir. Komitə bu işi biznes sahəsinə öz təsirini göstərən məsələlər üzrə müzakirələri təşkil etməklə, qonaq məruzəçiləri dəvət etməklə və Hökumət və tənzimləyici qurumlara münasibətdə ümumilikdə bu sahənin maraqlarının müdafiə olunması və təşviq edilməsi üçün dəstəkverici qurum kimi çıxış etmək yollarını axtarmaqla həyata keçirir.

Bizim Bankçılıq, Maliyyə və Sığorta (BMS) Komitəsi ilə əlaqə saxlamaq üçün bu keçidə basın.

Bankçılıq, Maliyyə və Sığorta (BMS) Komitəsinin iclaslarının protokollarına nəzər salmaq üçün bu keçidə basın.