İnsan Resursları 2016-12-22T16:29:48+00:00

İnsan Resursları

İnsan Resursları Komitəsinin iclasları Azərbaycanda insan resurslarının inkişafı və idarə edilməsi ilə bağlı fikir və məlumat mübadiləsinə həsr olunur. Təqdimatlar və müzakirələrin əsası kimi tez-tez Komitə üzvlərinin əməli təcrübələrindən istifadə edilir. Komitənin fəaliyyətinin yeni bir istiqaməti qanunvericilik, o cümlədən yenilənmiş Əmək Məcəlləsi üzərinə şərhlərin hazırlanması ilə bağlıdır. Komitə AmCham-ın üzvlərinə insan resurslarının idarə edilməsi sahəsində qabaqcıl təcrübələri paylaşmağa imkan verir. Onun göstərdiyi səylər AmCham-ın üzvlərinə və iştirakçı Komitə üzvlərinə aşağıdakılar vasitəsilə zəruri məlumatların çatdırılmasına yönəldilir:

Yerli İşçilərin İllik Əmək Haqqı Sorğuları;

Rüblük İnflyasiya Sorğuları;

Azərbaycanın mövcud əmək qanunvericiliyinə dair vəsaitlər;

İnsan Resurslarının İdarə Edilməsi üzrə Təlimlər (Komitə üzvləri tərəfindən könüllü əsasda keçirilir);

Qabaqcıl təcrübələr üzrə təqdimatlar (Komitə üzvləri tərəfindən keçirilir);

İnsan resurslarının idarə edilməsi təcrübəsinin yerli təhsil müəssisələri ilə paylaşılması.

Yerli İşçilərin İllik Əmək Haqqı Sorğusu dördüncü rübün işgüzar naharında təqdim edilir.