Korporativ Sosial Məsuliyyət 2016-12-22T16:09:50+00:00

Korporativ Sosial Məsuliyyət

Korporativ Sosial Məsuliyyət (KSM) təşkilatın cəmiyyətə təsirinin qiymətləndirilməsi və onların məsuliyyətlərinin dəyərləndirilməsi prosesidir. Sosial məsuliyyətin önəmi indi dünyanın əksər aparıcı biznes müəssisələri tərəfindən tanınır. KSM və onun rentabelliyi şirkətlərin uzunmüddətli siyasəti və cəmiyyətdə yaxşı nüfuzunun göstəricisi kimi təcrübədə özünü sübut etmişdir.

Komitə təsiredici, dayanıqlı, ardıcıl və nəzərəçarpan yolla sosial baxımdan məsuliyyətli şəkildə fəaliyyət göstərmək məqsədilə AmCham üzvləri üçün forum yaradılması üçün çalışacaq.

AmCham-ın KSM komitəsinin məqsədi şirkətlərin fəaliyyətləri çərçivəsində məsuliyyət amilinin önə çəkilməsi və ətraf mühit, istehlakçılar, əməkdaşlar, icmalar, tərəfdaşlar və ictimai sahənin bütün digər üzvləri üzərində müsbət təsirin təşviqidir.

Komitənin işinin əsas istiqamətləri məlumat mübadiləsi – ictimai məlumatlılığın artırılması və bizneslərarası münasibətlərin gücləndirilməsi, qabaqcıl təcrübələrin bölüşülməsi – əsas maraqlı tərəflər (dövlət qurumları, biznes müəssisələri) arasında KSM strategiyaları və əməliyyatlarının səviyyəsinin yüksəldilməsi, siyasi məsələlər üzrə dialoq/analitik hesabat və birgə layihələrin həyata keçirilməsindən ibarətdir.

KSM Komitəsi öz enerjisini və ən yaxşı biliklərini aşağıdakı prioritet sahələr üzrə nəticələrin əldə olunmasına yönəldəcək:

Azərbaycanda sosial inkişaf sahələri və KSM üzrə məlumatlılığın artırılması;

AmCham üzvləri arasında KSM sahəsində tərəfdaşlıq imkanları və əməkdaşlığın yaradılması;

Üzvlərin KSM layihələrində iştirakının artırılması;

Tələb-yönümlülük, dayanıqlılıq, səmərəlilik və ardıcıllığın təşviqi və sosial sərmayəyə təsir;

Dəlil yaradılması, ictimai siyasət və təbliğat prosesində iştirak etməklə KSM layihələrinin nəticələrinin dayanıqlılığının artırılması;

Özəl sektorla dövlət sektoru arasında tərəfdaşlıq üzrə qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və paylaşılması;

Sosial məsuliyyətin daha səmərəli yolla çatdırılması; və

İcma və siyasi səviyyələrdə tutarlı təsirlə nəticələnən məzmunlu və səmərəli sosial layihələrin planlaşdırılması və/və ya qiymətləndirilməsində üzvlərin potensialının artırılması.