Səyahət və Turizm 2016-12-22T16:51:35+00:00

Səyahət və Turizm

AmCham-ın Səyahət, Hotelçilik və Turizm Komitəsi Azərbaycanın hazırkı durumu və ölkənin turizm istiqaməti kimi inkişaf etdirilməsi yollarının müzakirə edilməsi üçün aylıq görüş keçirir.

Ölkədəki normadan böyük əcnəbi icması, qısa müddətli ezamiyyətçilərin axını və xeyli fəal olan neft sektorunun nəticəsi olaraq infrastruktura yatırılan sərmayənin artmasını nəzərə alsaq, Azərbaycanın səyahət və turizm sənayesi ən perspektivli sahələrdən biri hesab olunur. İşgüzar səfərdə olanlar paytaxtda və bölgələrdə yüksək səviyyəli aviaşirkətlər, mehmanxanalar, restoranlar və iaşə xidmətlərinin olmasını tələb edir. Lakin uzun vədədə Azərbaycan həm də xeyli sayda xarici turistləri özünə cəlb etmək potensialına malikdir. Ölkədə turistlər üçün xoş xatirələr yaradacaq şeylər, o cümlədən təbii və maraqlı mənzərələr, insanlar, tarixi baxımdan zəngin olan dini müxtəliflik, maraqlı şəhərlər, qeyri-adi yeməklər, füsunkar qoxular və, hər şeydən önəmlisi, təhlükəsizlik mövcuddur. Bu kimi keyfiyyətlər Azərbaycanın turizm sənayesinin daha geniş şəkildə yenidən inkişaf etdirilməsi üçün geniş imkanlar açır.

Bütün bunları nəzərə alaraq, Amerika Ticarət Palatasının üzvü olan bütün hotelləri, aviaşirkətləri, səyahət agentliklərini, eləcə də ölkədə Hotelçilik, Səyahət və Turizm sahəsinin inkişafı və təkmilləşdirilməsi üçün özəl sektor səylərinin formalaşdırılmasında maraqlı olan hər hansı digər üzv şirkətləri yeni yaradılmış komitəmizə üzv olmağa dəvət etmək istərdik.