Vergi və Gömrük 2016-12-22T16:40:17+00:00

Vergi və Gömrük

Vergi və Gömrük Komitəsi Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə dialoq quraraq həm mövcud, həm də yeni vergi və gömrük məsələləri ilə bağlı qabaqlayıcı tədbirlər görür və mövcud qaydaların ardıcıl şəkildə şərhi və tətbiqi vasitəsilə vergi və gömrük sistemində dəyişiklikləri təşviq edir. Komitə bu işi bir neçə yolla həyata keçirir: üzvlərinin biznes mühitinin təkmilləşdirilməsinə yönələn müxtəlif qanunvericilik təşəbbüslərində iştirakını təmin etməklə; çətin vergi və gömrük məsələləri ilə bağlı üzv bazası üzrə təcrübələri paylaşmaqla; və biznes icması ilə dövlət qurumları və nazirliklər arasında dialoq qurmaqla.