AmCham-ın Tədbirləri 2017-01-16T10:08:37+00:00

AmCham-ın Tədbirləri

AmCham il boyu bir sıra tədbirlər təşkil edir ki, onlar da üzvlərimizin ölkənin biznes həyatında daha yaxından iştirak etməsini dəstəkləmək məqsədini daşıyır:

  • rəsmi naharlar
  • komitə görüşləri
  • palatanın qarışıq tədbirləri
  • sosial tədbirlər

Rəsmi naharlar

Bizim üzvlər üçün aylıq rəsmi naharlarımız üzvlər arasında qarşılıqlı faydalılıq əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi məqsədini daşıyır. Naharın rəsmi hissəsi AmCham təşkilatının direktorlar şurasının dəvət etdiyi qonaq natiqin təqdimatı ilə başlanır. Ötən tədbirlərdə çıxış etmiş natiqlər sırasına yüksək səviyyəli hökumət nümayəndələri, eləcə də Azərbaycanın ümumelli lideri, keçmiş prezident Heydər Əliyev, Rabitə naziri cənab Əli Abbasov, Fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov, idman və gənclər naziri cənab Azad Rəhimov, AŞ-ın Azərbaycandakı səfiri Anne Derse, BVF-nin ölkə üzrə təmsilçisi cənab Basil Zavoiko, AYİB-nin ölkə üzrə nümayəndəsi cənab Aygin Yayikoglu, Dövlət Sosial Müdafiə Fondunun sədri cənab Səlim Müslümov, Milli məclisin vitse-spikeri cənab Valeh Ələsgərov və digərləri daxil olmuşdur. Rəsmi nahar proqramları həmçinin yeni üzvlərin təqdimatlarını və üzvlük disklərinin təqdimatlarını da əhatə edir. Müntəzəm biznes tədbirlərinin əsas xüsusiyyəti kimi aylıq rəsmi naharlar AmCham təşkilatına hökumət ilə faydalı işgüzar münasibətlərin inkişaf etdirilməsinə yardım edir.

Komitə görüşləri

AmCham komitə görüşləri üzvlər və həmkarlar üçün qapalı forum olub qarşılıqlı əlaqələrin saxlanılması, qeyri-rəsmi mühitdə ünsiyyətin qurulması, mütərəqqi təcrübələrin paylanılması vasitəsilə töhfənin verilməsi və qarşılıqlı əhəmiyyət kəsb edən mühüm məsələlərin müzakirəsi üçün imkan yaradır.

Palatanın qarışıq tədbirləri

AmCham qarışıq tədbirləri sərbəst sosial mühitdə ünsiyyət qurmaq baxımından üzvlərimiz və dostlarımız üçün çox əlverişli fürsətdir. AmCham müntəzəm olaraq “İşdən sonra” adlı tədbirlər təşkil edir ki, onlar da üzvlər üçün qeyri-rəsmi şəraitdə şəbəkələşmə imkanı yaradır. Hər il AmCham fevral ayında keçirilən illik seçkilərdən əvvəl müntəzəm üzvlər üçün “Namizədlər ilə görüş” təşkil edir. Qəbul zamanı direktorlar şurasına namizədlər təqdim olunur.

Sosial tədbirlər

AmCham və təşkilatın üzvləri digər müxtəlif qeyri-rəsmi tədbirlər vasitəsilə icmaya öz töhfəsini verir. Bu cür tədbirlər üzvlərə digərlərinə fayda verməklə yanaşı, onların özlərinin də zövq almasına imkanı yaradır.