Sponsorluq İmkanları 2017-01-16T10:13:13+00:00

Sponsorluq İmkanları

AmCham tədbirlərinə sponsorluq etməklə şirkətinizin təşviqini daha da gücləndirin!

Biznes fəaliyyətinizi mövcud və potensial müştərilər arasında təşviq etmək və brendin daha geniş şəkildə tanıtmaq üçün bir sıra sponsorluq imkanları vardır. Hər il AmCham iki nəhəng sosial tədbirə – Qara Ağ Bal və Müstəqillik Günü Pikniki – ev sahibliyi edir ki, bunlar da üzvlərimizin və dostlarımızın əylənməsinə xidmət edir! Hər iki tədbir hər zaman AmCham icmasının səxavəti və dəstəyi ilə maliyyələşdirilir. Biz adətən tədbirin hər bir üzvü və tərəfdaşımızı  lotereya hədiyyələri ianə etməyə və ya tədbirin hər hansı tərkib hissəsinə sponsorluq etməyə dəvət edirik. Əsas sponsor olan şirkətin adı və loqosu xüsusi sponsor bannerində, çap materiallarında və tədbirin DVD-sində göstərilir, eləcə də lotereyalar boyunca fərdi şəkildə bir daha qeyd olunur.

AmCham İllik Qara Ağ Bal

Biz Qara Ağ Balı hər il Hyatt otelində təşkil edirik. Bu tədbir AmCham təşkilatının sosial təqvimində xüsusi yer tutur və təşkilatın üzvlərinə və rəhbər şəxslərə müştəriləri, həmkarları biznes darilərini unikal bir mühitdə əyləndirmək imkanı verir. Qara Ağ Bal zəriflik, lətafət, musiqi və rəqsin füsunkar vəhdətidir. Dadlı menyu ilə birgə bizim qonaqlar canlı musiqi və ifadan həzz alır, eləcə də çoxsaylı mükafatlar, biznes sinfi üzrə gediş-gəliş təyyarə biletləri və digər dəyərli hədiyyələr qazanmaq fürsətinə malik olur. Bu, 240 nəfərə qədər qonağı əhatə edən nüfuzlu rəsmi qiyafəli tədbir olmaqla yanaşı, üzvlərimiz üçün əhəmiyyətli təşviqat və təbliğat platformasıdır. Biz böyük məmnuniyyətlə üzv şirkətlərin tanınmış auditoriya qarşısında təqdim edilməsi ilə bir sıra sponsorluq imkanları təqdim edirik.

İllik müstəqillik Günü Pikniki

Son 12 il ərzində, AmCham üzvləri, onların ailələri və işçiləri üçün Müstəqillik Günü Pikniki təşkil etmişdir. Hər il 700 nəfərdən artıq şəxs günəşlə dolu əyləncəli tədbirdə iştirak edir!  Tədbir çərçivəsində həm uşaq, həm də böyüklər üçün qarpız atma, kəndir dartma və piroq yemə kimi yarışlar keçirilir. Sürpriz göstərişi hər zaman böyük əyləncəyə səbəb olur!  Sponsorlar lotereya mükafatları, o cümlədən London və Nyu-York şəhərlərinə iki nəfərlik pulsuz gediş-gəliş biletləri təqdim edir və Rotaract üçün kifayət qədər vəsait toplanır. Tədbir ulduzlar altında rəqsin müşayiəti ilə gecəyə qədər davam edir və ənənəvi atəşfəşanlıq ilə yekunlaşır. Biz AmCham təşkilatının üzvü kimi sizin şirkətin göstərdiyi hərtərəfli dəstəyi yüksək qiymətləndirir və sözügedən ənənənin qarşıdakı aylarda da davam edəcəyinə ümid bəsləyirik. Bir daha təşəkkür edirik!

Əlavə məlumat əldə etmək və ya AmCham tədbirinə sponsor kimi qeydiyyatdan keçmək üçün +99412 497 1333 telefon nömrəsi və ya chamber@amchamaz.org elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.