Üzvlük Növləri 2017-01-16T09:14:47+00:00

Üzvlük Növləri

AmCham-a üzvlüyün iki növü vardır: Üzv və Müxbir Üzv.

Üzv statusu Müxbir Üzvlərə verilən imtiyazlardan əlavə səsvermə və İdarə Heyəti və Komitəyə sədrlik etmək hüququnu ehtiva edir. AmCham-da Üzv olaraq qoşulmaq üçün namizəd hüquqi şəxs olmalı, Azərbaycanda qeydiyyata alınmış və fəaliyyət göstərməkdə olmalı və cəmiyyətdə yaxşı nüfuza malik olmalıdır ki, bu da İdarə Heyəti tərəfindən müəyyən olunur. Hüquqi şəxs və ya hüquqi şəxsin filialı və ya nümayəndəliyi İdarə Heyəti tərəfindən onun cəmiyyətdə yaxşı nüfuza malik olması müəyyən olunduqdan sonra AmCham-a Müxbir Üzv kimi qoşula bilər. Müxbir Üzvlər bütün növ fəaliyyətlərdə iştirak etmək; bizim müntəzəm nəşrlərimizi, o cümlədən Üzvlərin Siyahısı, Yerli İşçilərin İllik Əmək Haqqı Sorğusu və Rüblük İnflyasiya Sorğusunu əldə etmək haqlarına malikdir. Lakin Müxbir Üzvlər İdarə Heyətində səs vermək və ya onun üzvü olmaq səlahiyyətində deyil.

AmCham-a üzvlüklə bağlı müraciət etmək üçün namizəd İdarə Heyəti tərəfindən qəbul edilən formada yazılı ərizə təqdim etməlidir. Üzvlük üçün ərizə formalarını AmCham-ın ofisindən və bizim internet səhifəmizdən (www.amchamaz.org) əldə edə bilərsiniz. AmCham-a üzv olmaq üçün obyektiv və subyektiv tələblərə cavab verən namizəd İdarə Heyətinin müsbət səs çoxluğunu əldə etdikdən və namizədin üzvlük kateqoriyasına uyğun olaraq birinci ilin üzvlük haqqını ödədikdən sonra Üzv və ya Müxbir Üzv kimi palataya qəbul olunur. AmCham-a üzvlüyünü saxlamaq üçün Üzv və Müxbir Üzvlər tələblərə cavab verməyə davam etməli, cəmiyyətdə yaxşı nüfuzunu qoruyub saxlamalı və AmCham qarşısında götürdüyü bütün maliyyə öhdəliklərini yerinə yetirməlidir.