Azərbaycan Respublikası Vergi Məcəlləsinə Dəyişikliklər

Məlum olduğu kimi, 2022-ci il üzrə Vergi Məcəlləsinə (VM) edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılıb.

Həmin layihə üzrə mühüm hesab olunan əlavə və dəyişiklikləri nəzərinizə çatdırmaq istəyirik. Eyni zamanda bildiririk ki, bu yalnız ilkin layihədir və digər əlavə dəyişikliklərin olunması da istisna olunmur. Biz hər hansı mühüm dəyişikliklərlə bağlı sizə məlumat verəcəyik.

  • Bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanmasında edilmiş dəyişikliklərə əsasən, 30 gün ərzində eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq edilən qiymətlərin səviyyəsi topdansatış ticarət fəaliyyəti sahəsi üçün 10%-ə, tikinti və istehsal fəaliyyəti sahəsində isə bu fərq 20%-ə endirilmişdir.
  • Transfer qiymətinin tətbiqi üçün nəzarət edilən əməliyyatların siyahısı genişləndirilmişdir. Belə ki, transfer qiymətləri aşağıdakı əməliyyatlara da tətbiq olunacaqdır:

-Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə qeyri-rezident şəxslər arasında aparılmış əməliyyatlar;

-şəxslər beynəlxalq əmtəə birjalarında ticarət olunan məhsullar üzrə əməliyyatlar aparmışsa və (və ya);

-Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin vergi ili ərzində ümumi gəlirləri AZN 30 milyon çox və hər bir qeyri-rezident şəxslə apardığı əməliyyatların həcminin ümumi gəlirlərdə (xərclərdə) xüsusi çəkisi 30%-dən artıq olarsa.     

  • VM-nə yeni 14-2-ci maddə - “Nəzarət olunan xarici müəssisə” anlayışı daxil edilib. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, güzəştli vergi tutulan ölkələrdə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin mənfəəti aşağıdakı hallarda Azərbaycan Respublikasında vergiyə cəlb olunur:

-Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxs özü və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə birbaşa və ya dolayısı ilə xarici müəssisədə 50%-dən çox səsvermə hüququna və ya onun nizamnamə kapitalının 50%-dən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50%-dən çox hissəsini əldə etmək hüququna sahibdirsə,

-nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisindən 2 dəfə və ya daha çox aşağı olarsa,

-xarici müəssisənin illik gəlirlərinin 30%-dən çox olan hissəsi passiv (qeyri-sahibkarlıq) gəlirlərdən ibarətdirsə, məhz royalti, faiz gəlirləri, maliyyə lizinqdən əldə edilən gəlirləri və s.

  • Vergi ödəyicisinin vəzifələrində edilən dəyişikliyə əsasən vergi orqanlarına və onların vəzifəli şəxslərinə orta və iri sahibkarlıq subyektləri maliyyə hesabatlarını vergi orqanının tələbi ilə təqdim edəcəkdir.
  • İdxal zamanı malların karqo şirkətlərinin adına rəsmiləşdirilməsinin qarşısının alınması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, bundan sonra vergi ödəyiciləri (neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla) tərəfindən idxal ediləcək mallar barədə məlumatlar (malların saxlanılacağı (boşaldılacağı) yer barədə, sifariş verən şəxslər barədə və s.) malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına veriləcəkdir.
  • ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyiciləri tərəfindən VM-nin 149-cu maddəsində nəzərdə tutulan müddətlərdə təqdim etdikləri bəyannamələrlə eyni gündə (hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq) vergi ili üzrə kreditor və debitor borcları barədə məlumatı elektron qaydada vergi orqanına təqdim edilməlidir.
  • İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) istehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumat hər il yanvar ayının 31-dək elektron qaydada vergi orqanına təqdim edilməlidir.
  • Vergi ödəyiciləri arasında bank vasitəsilə ödəniş əməliyyatı həyata keçirilərkən ödəniş tapşırıqlarında göstərilməli olan aşağıdakı rekvizitlər VM-nə əlavə edilmişdir:          

-Elektron qaimə-faktura (EQF) ilə rəsmiləşdirilən əməliyyatlar üzrə - EQF-nın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və EQF-lar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi;

-xarici ticarət fəaliyyəti üzrə -yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi;

-borc ödənişləri üzrə - təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi;

-avans ödənişləri üzrə - təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi

  • Kameral vergi yoxlaması mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə istisna olmaqla) münasibətdə 90 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir.
  • Daimi nümayəndəliyi yaradan hallara aşağıdakılar əlavə edilir:

-Qeyri-rezident müəssisələrin və ya qeyri-rezident fiziki şəxslər üçün müştəri bazasının toplanması və müştərilərlə işin təşkilini həyata keçirilməsi;

-Tikinti və təmir meydançaları, quraşdırma və ya yığma obyektləri, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyəti göstərilməsi fəaliyyətini baş podratçı kimi qeyri-rezident şəxs həyata keçirdiyi halda, onun bu fəaliyyəti həyata keçirmək üçün cəlb etdiyi və qarşılıqlı surətdə asılı olduğu və (və ya) fəaliyyətinə nəzarəti həyata keçirdiyi digər subpodratçı şəxslərin bu işlər üçün göstərdiyi fəaliyyətin müddəti (30 günü keçirsə);

-VM-nin 19.3-cü maddəsində sadalan fəaliyyət növləri hazırlıq və ya yardımçı xarakter daşımadığı halda və ya qarşılıqlı surətdə asılı olan şəxslərin sahibkarlıq fəaliyyətinin tamamlanması üçün nəzərdə tutulursa.

  • Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinə əsas verən halların sayı artırılmışdır:

-Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə;

-vergi orqanının qərarından (vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında) yuxarı vergi orqanına şikayət verildikdə (səyyar vergi yoxlaması zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə).

  • Operativ vergi nəzarəti tədbirləri zamanı təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan vergi ödəyicilərinin aşkar edilməsi istiqaməti də vergi orqanlarının funksiyalarına əlavə edilmişdir.
  • Hesabat və digər məlumatların təqdim edilməsi ilə bağlı hüquqpozmalara görə aşağıdakı maliyyə sanksiyaları əlavə edilmişdir:

-Transfer qiymətləndirilməsi üzrə arayışın verilməməsi üzrə maliyyə sanksiyası 500 AZN-dən 2000 AZN-ə qaldırılmışdır.

-İstehsal olunan məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumat formasının müəyyən edilmiş müddətdə təqdim edilməməsinə və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə görə 1000 AZN məbləğində maliyyə sanksiyası tətbiq edilir.

-Nəzarət olunan xarici müəssisə haqqında Arayış müəyyən edilən müddətlərdə təqdim edilmədikdə və ya arayışlarda düzgün olmayan məlumatlar göstərildikdə vergi ödəyicisinə 2000 AZN məbləğində maliyyə sanksiyası tətbiq edilir.

-İdxal edilmiş mallar barədə tələb edilən məlumatları təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 %-i miqdarında, digər şəxslərə münasibətdə 5 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilir;

-Kreditor və debitor borclar barədə məlumat formasının təqdim edilməməsinə görə 100 AZN məbləğində maliyyə sanksiyası tətbiq edilir;

-Nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə hər belə ödəmə tapşırığına görə 100 AZN məbləğində maliyyə sanksiyası tətbiq edilir;

-Gəlirlərin və xərclərin uçotu aparılmamasına görə alıcıya rəsmiləşdirilməyən xərclərin 10%-i miqdarında maliyyə sanksiyası artırılaraq 20% ilə əvəz edilmişdir;

  • Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən xərclər çıxılmadan 2% vergi dərəcəsi 5% ilə əvəz edilmişdir.
  • Mikro sahibkarlıq subyektlərindən başqa, kiçik (2023-cü il yanvarın 1-dən etibarən), orta və iri (2022-ci il yanvarın 1-dən etibarən) sahibkarlıq subyektləri gəlirlərin və xərclərin uçotunu yalnız hesablama metodu ilə aparmalıdırlar.
  • Qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.
  • ƏDV məqsədləri üçün vergitutma obyekti yaratmayan hallara qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilər, təbii itki normaları daxilində xarabolmalar da daxil olacaqdır.
  • Beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb ediləcəkdir.
  • Müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğləri malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdiriləcək.
  • Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 2 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilməsinə yol verilməyəcək.
  • Rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmayacaq.
Tarix
22 Noyabr 2021
Uyğun xəbərlər
29 Dekabr 2019

Company (LLC) registration in Azerbaijan (Innovation in registration of an LLC)

As EKVITA, we provide services in multiple areas of law (corporate, labor, migration, tax, litigation, etc.), as well as accounting, audit, business development and accompany our clients starting from early stages of their businesses. In this regard, putting it simply, I would like to speak about “opening the company”. That is, what is the most appropriate organizational form for starting a business in Azerbaijan, its advantages, necessary procedures in the registration process and etc. As you know, there are several organizational forms for the establishment of a company in the legislation. However, today I would like to tell you about the Limited Liability Company (LLC), which is the most acceptable and simple one among the rest in terms of procedural and legal requirements. If we refer to the definition of LLC – a limited liability company means company established by one or more persons (natural persons and (or) legal entity), the charter capital of which is divided into shares, the sizes of which are specified by the charter. As can be seen from mentioned definition, the legislation does not set limits regarding the number of founders of the LLC. In other words, the founder can be one or more persons, including a foreign citizen. It should be noted that in the case of foreign citizens, the legislative or documentation requirements are the same as for Azerbaijani citizens, i.e. there are no additional or special requirements. Another benefit of the LLC is the absence of any restrictions regarding its charter capital in the legislation. In other words, there is no minimum or maximum limit, the charter capital may be settled in any amount. Therefore, in many cases, when establishing the LLC, the charter capital is formed in the amount of 10-100 manats. It also should be noted that the registration process of the LLC is notable for its simplicity, and it would be appropriate to emphasize the innovative policy pursued by the Ministry of Taxes in this sphere. Thanks to it, Azerbaijan has established itself in 9th place in terms of the “Starting a Business” indicator among 190 countries this year, according to the annual Doing Business Report of the World Bank.Powered by Froala Editor

24 Yanvar 2020

EKVITA Qanuni Dəyişikliklər

Legal Act: Order on the implementation of renewable energy pilot projectsLegal Act: Law on the procedure for using the right of legislative initiative by citizens of the Azerbaijan RepublicLegal Act: Law on n minimum living wage in the Republic of Azerbaijan for 2020Legal Act: Law on the limit of the demand criteria in the Republic of Azerbaijan for 2020Legal Act: Decree on amendments to the Decree of the President of the Republic of Azerbaijan On ensuring the activities of the Agency for the development of small and medium-sized businesses of the Republic of AzerbaijanLegal Act: Law on amendments to the Law on Courts and JudgesLegal Act: Law on amendments to the Code of Administrative OffensesLegal Act: Law on amendments to the Tax CodeLegal Act: Law on amendments to the Law on State Forensic Examination ActivitiesLegal Act: Law on amendments to the Law on Health InsurancePowered by Froala Editor

28 Yanvar 2021

EKVITA Dekabr Qanuni Dəyişikliklər

Legal Act: Law on Amendments to the Law on Deposit InsuranceLegal Act: Law on Amendments to the Law on Full Deposit InsuranceLegal Act: Decree on Amendments to the Procedure for the Formation, Management and Use of the Fund to Support the Fight Against CoronavirusLegal Act: Law on Amendments to the Code of Administrative OffensesLegal Act: Law on Amendments to the Law on MediationLegal Act: Order on measures for the implementation of a pilot project for the construction of a wind farm with a capacity of 240 MWLegal Act: Law on the subsistence minimum in the Republic of Azerbaijan for 2021Legal Act: Law on Amendments to the Law on Environmental ProtectionLegal Act: Law on Amendments to the Labor CodePowered by Froala Editor