Prosol Şirkəti ilə ADA Universiteti arasında daha güclü yerli kiber mütəxəssislərin hazırlanması və ölkəmizə qazandırılması istiqamətində əməkdaşlığa start verilib

Azərbaycanın ən iri kibertəhlükəsizlik müəssisəsi olan Prosol Şirkəti ilə ADA Universiteti arasında daha güclü yerli kiber mütəxəssislərin hazırlanması və ölkəmizə qazandırılması istiqamətində əməkdaşlığa start verilib. Bu əməkdaşlıq çərçivəsində ilk tədbir 17 fevral 2022-ci ildə baş tutub. 

ADA-da keçirilən tədbirdə tələbələr həm Prosol şirkəti, həm də kibertəhlükəsizlik mövzusu ilə yaxından tanış olub. Tədbirin əsas məqsədi kibertəhlükəsizliyin müasir dünyada nə qədər önəmli olduğunu izah etmək və bu mövzuda gəncləri maarifləndirmək idi.

Qeyd edək ki, tam olaraq milli mütəxəssislərdən formalaşan və “beyin mərkəzi” kimi də fəaliyyət göstərən Prosol Şirkəti, ölkəmizdə dayanıqlı kibermühitin formalaşdırılması və daha da güclü xarakter alması istiqamətində dünyanın aparıcı şirkətləri ilə sıx tərəfdaşlığa davam edəcək. 

Tarix
18 Fevral 2022
Uyğun xəbərlər
22 Fevral 2022

Prosol QSC-nin həmtəsisçisi və sədri Babək Ağayev Real TV-də yayımlanan "Mir Şahin Vaxtı" verilişinin qonağı idi.

Prosol QSC-nin həmtəsisçisi və sədri Babək Ağayev Real TV-də yayımlanan "Mir Şahin Vaxtı" verilişinin qonağı idi.Azərbaycanın ən iri kibertəhlükəsizlik şirkətinin rəhbəri olaraq Babək Ağayev, verilişdə kibertəhlükəsizlik anlayışı, onun niyə son vaxtlar daha da aktuallaşması və niyə bütün şirkətlər üçün önəmli olması kimi mövzularda öz bilik və təcrübələrini bölüşüb. O, həmçinin, tamaşaçıları beyin axınının qarşısını almaq məqsədilə fəaliyyət göstərən təlim mərkəzimiz haqqında da məlumatlandırıb. Müsahibənin sonunda isə Kiberanalitika və Təhlükəsiz Əməliyyatlar mərkəzimizə baxış keçirilib. Əgər siz də həm kiberdünya, həm də ölkəmizin ən qabaqcıl şirkətlərindən olan Prosol haqqında ətraflı məlumat əldə etmək istəyirsinizsə, müsahibənin tam versiyasını Youtube kanalımızdan izləyin.

24 Fevral 2022

Azərbaycanın ən böyük kibertəhlükəsizlik şirkəti olan Prosolun Təlim Mərkəzi ilə daha yaxından tanış olaq!

Azərbaycanın ən böyük kibertəhlükəsizlik şirkəti olan Prosolun Təlim Mərkəzi ilə daha yaxından tanış olaq!Mərkəzimiz kibertəhlükəsizlik sahəsi üzrə daha çox gənc və peşəkar kadrların yetişdirərək beyin axının qarşısın almaq üçün fəaliyyət göstərir. Ən qabaqcıl texnologiya və resurslara malik mərkəzimizdə içtirakçılara Prosol şirkətinin təcrübəli mütəxəssisləri təlim keçir.Təqribən 3 ay davam edən təlimlərdə iştirakçılar müxtəlif əməliyyat sistemlərindən istifadə, şəbəkə texnologiyaları, təhlükəsizlik sistemləri, müdafiə mexanizmləri haqqında biliklərə yiyələnirlər. Bu müddət ərzində onlar 3 komandaya bölünür;- “Blue” komandası — əsasən müdafiə sistemlərinin qurulması, infrastrukturun mühafizəsi və qurulmuş texnologiyalarda davamlı inkişafın təmin edilməsi üçün çalışır;- “Red” komandası — nüfuzetmə testlərini aparır və müxtəlif vektorlardan istifadə edərək infrastrukturun ələ keçirilməsi üçün hücum təşkil edir;- “Purple” komandası — isə “Blue” və “Red” komandaları arasında körpü rolu oynayır. Bu komandanın üzvləri "Dark Web", "Deep Web" kimi müxtəlif mənbələrdən “0-day” hücumlar, yeni yaranmış boşluqlar, zərərli şəxslər, fayllar, hücum edən mənbələr haqqında məlumat toplayaraq “Blue” komandasına ötürür. Bununla da, “Blue” komandası yeni müdafiə mexanizmləri və taktikaları üstündə çalışmağa başlayır.Qeyd edək ki, iştirakçılarımız arasında xanımların da sayı get-gedə artır. Kibertəhlükəsizlik və İT sahəsində xanımları da görmək sevindirici haldır! Əgər bu sahəyə marağınız varsa, sizi gələcəkdə aramızda görməkdən şad olarıq.

24 Fevral 2022

SOCRadar® and PROSOL are hosting webinar

SOCRadar® and Prosol are hosting webinar on March 3, focusing on cyber threat landscape report for Azerbaijan.🎥 Under The Shadow of Cyber Threats📅 03.03.2022🕑 15:00-16:00 (GMT+4)Click the link below and join us!Registrationhttps://lnkd.in/dmUAuCcE