Məhsul qiymətlərinin dəyişikliklərinə dair aylıq açıqlama verilib

Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il aprel ayının qiymət indeksini açıqlayıb.

“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin aprel ayı üzrə şirkət (“Araz” supermarketlər şəbəkəsi və “Oba” marketlər şəbəkəsi) müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin aprel ayına nisbətən 14,6% artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin aprel ayına nisbətən 16,5% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 15,1% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 4,5% artım izlənilib. Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.

İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərərək 109,6% təşkil edib. Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində ortalama 9,6% qiymət artımı müşahidə olunub. “Veysəloğlu Pərakəndə İndeksi” müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək məqsədini daşıyır.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. VŞQ və ona aid şirkətlər üçün qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığı əsas vəzifələrdəndir.

“Veysəloğlu Pərakəndə İndeksi” nədir?

İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir.

“Veysəloğlu Pərakəndə İndeksi”nin hesablanmasında bu düsturdan istifadə olunur:

Veysəloğlu Pərakəndə İndeksi=(Cari dövr istehlak səbətinin qiyməti)/(Baza dövrü istehlak səbətinin qiyməti)×100%

Məsələn, təsəvvür edək ki, tipik bir istehlakçı (müştəri) hər ay 5 kq alma, 2 kq armud alır və onun ümumi istehlak (məhsul) səbəti yalnız bu məhsullardan ibarətdir. Bu ay almanın 1 kiloqramının qiyməti 1 manat, armudun 1 kiloqramının qiyməti isə 2 manatdır. Keçən ay isə 1 kq alma 0.98 manat, 1 kq armud isə 1.95 manat olub. Bu zaman “Veysəloğlu Pərakəndə İndeksi” belə hesablanacaq:

Veysəloğlu Pərakəndə İndeksi=(almanın çəkisi×almanın cari qiyməti+armudun çəkisi×armudun cari qiyməti)/(almanın çəkisi×almanın keçən aya olan qiyməti+armudun çəkisi×armudun keçən aya olan qiyməti)×100%

Beləliklə, Veysəloğlu Pərakəndə İndeksi aşağıdakı kimi hesablanacaq:

(5×1+2×2)/(5×0.98+2×1.95)×100%=102%

Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində 2% qiymət artımı müşahidə olunur.

“Veysəloğlu Pərakəndə İndeksi” hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşılır. Şirkətlər Qrupu bu indekslə alıcılıq qabiliyyətinin ölçülməsinə və müştərilərin aylıq məhsul alışı üçün büdcə planlamalarına imkan verir.

 

Tarix
11 May 2022
Uyğun xəbərlər
17 Avqust 2021

Veysəloğlu Şirkətlər Qrupu iyul ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

Veysəloğlu Şirkətlər Qrupu aylıq təqdim edilən “Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyir.İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupunda istehlak məqsədi ilə məhsul alan bütün müştərilərin ən çox aldığı 4317 məhsul daxil edilib. Bu siyahıya qısa müddətli istifadəyə yararlı istehlak məhsulları (təzə qida), qida, spirtli və spirtsiz içkilər, həmçinin tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı satış miqdarlarına görə hər kateqoriyaya ağırlıq veririlir. Nəticədə müştərilərin orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”-nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə 4,8% artım müşahidə edilir. Belə ki, 2021-ci il iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə təzə qida məhsullarında 1,2%, qida və spirtsiz içkilərdə 8,2%, alkoqol və tütün məmulatlarında isə 5,5% artım olub.Veysəloğlu Şirkətlər Qrupunun missiyası cəmiyyəti təmiz, sağlam, münasib qiymət və keyfiyyətə gündəlik istehlak malları ilə təmin etməkdir. Təqdim olunan pərakəndə satış indeksi göstəricilərinə əsasən aydın olur ki, Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına xidmət edir.

6 Sentyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu avqust ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsul daxil edilib. Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin avqust ayında 2020-ci ilin avqust ayı ilə müqayisədə 6,1% artım müşahidə edilir. Cari ilin avqust ayında ötən ilin avqust ayı ilə müqayisədə təzə qida məhsullarında (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları) 4,0%, qida və spirtsiz içkilərdə 8,5%, alkoqol və tütün məmulatlarında isə 5,6% artım olub.“Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyən Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına sadiqliyini nümayiş etdirir.

5 Oktyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu sentyabr ayı üzrə Pərakəndə İndeksini açıqladı

Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsulu nəzərə alaraq hazırladığı pərakəndə satış indeksini hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşır.Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin sentyabr ayında 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 7,7% artım müşahidə edilir. Belə ki, cari ilin sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə təzə qida məhsullarında (qısa müddətli istifadəyə yararlı istehlak məhsulları) 6,7%, qida və spirtsiz içkilərdə 9,5%, alkoqol və tütün məmulatlarında isə 5,8% artım olub.27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox  əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.