Rəqəmsal Əsrdə Piratçılığa Qarşı Mübarizə

Rəqəmsal əsrdə informasiya texnologiyalarının inkişafı müəlliflərə əsərlərini daha geniş auditoriyalara çatdırmağa imkan yaratsa da, eyni zamanda müəlliflik hüquqlarının müdafiəsini çətinləşdirmiş və piratçılıq anlayışının daha da aktuallaşmasına gətirib çıxarmışdır. “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə” haqqında Qanunda göstərilən anlayışa əsasən piratçılıq – hüquq sahibinin razılığı olmadan audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun və kitab nüsxələrinin hazırlanması (istehsalı) və yayılmasıdır. Piratçılığa qarşı mübarizənin əhəmiyyəti isə yalnız hüquq sahiblərinə (müəlliflərə) vurulan maddi və mənəvi zərərlə deyil, həmçinin iqtisadiyyata mənfi təsiri ilə səciyyələnir.

Beynəlxalq Ticarət Palatasının (ICC) araşdırmaları və statistik göstəricilərə nəzər yetirdikdə piratçılığın qlobal miqyasda böyüməyə davam edən milyardlıq sənayeyə çevrildiyini və bununla əlaqədar yaranan sosial-iqtisadi riskləri görmək mümkündür. Bu risklərin azaldılması, eləcə də piratçılığa qarşı mübarizə siyasətinin düzgün qurulması məqsədilə beynəlxalq arenada bir sıra tədbirlər həyata keçirilir. Həmin tədbirlərə nümunə olaraq əqli mülkiyyət obyektlərinin Gömrük Reyestrinə daxil edilməsi, kollektiv idarəetmə təşkilatlarının yaradılması, internetdən, sosial şəbəkələrdən və video xidmətlərdən lisenziyasız (pirat) məzmunun bloklanması və silinməsi, qeyri-qanuni internet resurslarının “WIPO ALERT” beynəlxalq qara siyahısına daxil edilməsi, rəqəmsal piratçılıqla məşğul olan subyektlərin müəllif hüquqları sahiblərinin iddiaları olan internet saytlarının qara siyahısına daxil edilməsini göstərə bilərik. Qlobal istifadəçi kütləsinə sahib sosial platformalarda bu kimi beynəlxalq tənzimləmələrin əhəmiyyəti danılmazdır, lakin piratçılığa qarşı mübarizə siyasətinin düzgün qurulması üçün yerli tənzimləmələr də olduqca əhəmiyyətlidir.

Azərbaycan Respublikasında əqli mülkiyyət hüquqlarının müdafiəsi və piratçılığın leqallaşdırılmasına qarşı mübarizənin hüquqi əsası kimi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”[1] Qanun, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”[2] Qanun, “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi” barədə Qaydaları[3] və “Azərbaycan Respublikasının Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında Konvensiyasına qoşulması barədə”[4] Qanunu qəbul edilmişdir. Müəlliflik hüququ sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarət, qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər vəzifələr Respublika Müəllif Hüquqları Agentliyi tərəfindən icra olunur.

Yerli tənzimləmə mexanizmlərindən bir digəri isə kollektiv idarəetmə təşkilatlarının yaradılmasıdır. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna əsasən bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır və belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 42.2-ci maddəsinə əsasən, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadə edən şəxslərdən istifadə edilən əsərlər və gəlirləri haqqında müvafiq qaydada təsdiq olunmuş proqram və digər sənədlər almaq, həmçinin müəyyən olunmuş müddətdə qonorarı ödəməyi tələb etmək hüququ vardır. Həmin təşkilatların qeydiyyata alınmasını və onların fəaliyyətinə nəzarəti Müəllif Hüquqları Agentliyi həyata keçirir. Hazırda Azərbaycanda aşağıdakı təşkilatlar fəaliyyət göstərir:

  1. audiovizual əsər müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən “Kinorejissorlar Gildiyası” 
  2. musiqili əsər (bəstəkar və şair) müəlliflərinin əmlak hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyi 

Uzun müddətdir fəaliyyət göstərən “Kinorejissorlar Gildiyası”-na üzv olmaq üçün audiovisual.az  internet səhifələrində müqavilə nümunələri və müraciət formaları izahlı şəkildə yerləşdirilmişdir. 

Əqli mülkiyyət hüquqlarının müdafiə mexanizminin bir hissəsi kimi məhkəmə müdafiəsinin rolu danılmazdır. Türkiyə kimi bir sıra xarici ölkələrin təcrübəsinə nəzər saldıqda piratçılığa qarşı mübarizədə hüquqların müdafiəsi mexanizmini gücləndirmək məqsədilə bu sahədə ixtisaslaşmış məhkəmələrin yaradılmasının uğurlu təcrübə kimi qəbul edildiyini görürük. Bu isə öz növbəsində məhkəmə və hakimlərin əqli mülkiyyət hüququ sahəsində ixtisaslaşmasının əhəmiyyətini göstərir. Azərbaycan qanunvericiliyində isə mümkün müdafiə vasitələri “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun 2-ci fəslində və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 44-45-ci maddələrində öz əksini tapmışdır. Belə ki, 45-ci maddəya əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Məhkəmə zərərin əvəzinin ödənilməsi, hüquqpozmaya səbəb olan malların kompensasiya ödənilmədən ticarət şəbəkəsindən çıxarılması, malların hazırlanmasında (istehsalında) istifadə olunan materialların və avadanlıqların istifadəçidən götürülməsi, müsadirə və ya məhv edilməsi barədə qərar çıxarmaq, həmçinin mülki iddianın təmin edilməsi məqsədi ilə təcili və səmərəli müvəqqəti tədbirlər barədə qərardad çıxarmaq hüququna malikdir. Qeyd etmək lazımdır ki, müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

Beləliklə, əqli mülkiyyət hüquqlarının müdafiəsinin və xüsusən rəqəmsal əsrdə piratçılığa qarşı mübarizə mexanizmlərinin geniş yayılmış tendensiyalarını əhatə etdiyimiz bu yazı xarici təcrübə ilə Azərbaycanda mövcud olan, işləyən və inkişaf etdirilməli olan istiqamətlərini nəzərdən keçirməklə bu sahədə düzgün siyasətin qurulmasının sosial-iqtisadi əhəmiyyətini diqqətə çatdırır.


 


[1]Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu (05.06.1996, 115-IQ)

[2] “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu (22.05.2012, 365-IVQ)

[3] “Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi” barədə Qaydaları  (AR Nazirlər Kabinetinin №163 saylı 25.06.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş)

[4] “Azərbaycan Respublikasının Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında Konvensiyasına qoşulması barədə” Azərbaycan Respublikasının Qanunu (16.02.2001, 79-IIQ)

Tarix
12 Dekabr 2022
Uyğun xəbərlər
29 Dekabr 2019

Company (LLC) registration in Azerbaijan (Innovation in registration of an LLC)

As EKVITA, we provide services in multiple areas of law (corporate, labor, migration, tax, litigation, etc.), as well as accounting, audit, business development and accompany our clients starting from early stages of their businesses. In this regard, putting it simply, I would like to speak about “opening the company”. That is, what is the most appropriate organizational form for starting a business in Azerbaijan, its advantages, necessary procedures in the registration process and etc. As you know, there are several organizational forms for the establishment of a company in the legislation. However, today I would like to tell you about the Limited Liability Company (LLC), which is the most acceptable and simple one among the rest in terms of procedural and legal requirements. If we refer to the definition of LLC – a limited liability company means company established by one or more persons (natural persons and (or) legal entity), the charter capital of which is divided into shares, the sizes of which are specified by the charter. As can be seen from mentioned definition, the legislation does not set limits regarding the number of founders of the LLC. In other words, the founder can be one or more persons, including a foreign citizen. It should be noted that in the case of foreign citizens, the legislative or documentation requirements are the same as for Azerbaijani citizens, i.e. there are no additional or special requirements. Another benefit of the LLC is the absence of any restrictions regarding its charter capital in the legislation. In other words, there is no minimum or maximum limit, the charter capital may be settled in any amount. Therefore, in many cases, when establishing the LLC, the charter capital is formed in the amount of 10-100 manats. It also should be noted that the registration process of the LLC is notable for its simplicity, and it would be appropriate to emphasize the innovative policy pursued by the Ministry of Taxes in this sphere. Thanks to it, Azerbaijan has established itself in 9th place in terms of the “Starting a Business” indicator among 190 countries this year, according to the annual Doing Business Report of the World Bank.Powered by Froala Editor

24 Yanvar 2020

EKVITA Qanuni Dəyişikliklər

Legal Act: Order on the implementation of renewable energy pilot projectsLegal Act: Law on the procedure for using the right of legislative initiative by citizens of the Azerbaijan RepublicLegal Act: Law on n minimum living wage in the Republic of Azerbaijan for 2020Legal Act: Law on the limit of the demand criteria in the Republic of Azerbaijan for 2020Legal Act: Decree on amendments to the Decree of the President of the Republic of Azerbaijan On ensuring the activities of the Agency for the development of small and medium-sized businesses of the Republic of AzerbaijanLegal Act: Law on amendments to the Law on Courts and JudgesLegal Act: Law on amendments to the Code of Administrative OffensesLegal Act: Law on amendments to the Tax CodeLegal Act: Law on amendments to the Law on State Forensic Examination ActivitiesLegal Act: Law on amendments to the Law on Health InsurancePowered by Froala Editor

28 Yanvar 2021

EKVITA Dekabr Qanuni Dəyişikliklər

Legal Act: Law on Amendments to the Law on Deposit InsuranceLegal Act: Law on Amendments to the Law on Full Deposit InsuranceLegal Act: Decree on Amendments to the Procedure for the Formation, Management and Use of the Fund to Support the Fight Against CoronavirusLegal Act: Law on Amendments to the Code of Administrative OffensesLegal Act: Law on Amendments to the Law on MediationLegal Act: Order on measures for the implementation of a pilot project for the construction of a wind farm with a capacity of 240 MWLegal Act: Law on the subsistence minimum in the Republic of Azerbaijan for 2021Legal Act: Law on Amendments to the Law on Environmental ProtectionLegal Act: Law on Amendments to the Labor CodePowered by Froala Editor