Missiyamız

 

Bizim missiyamız, Üzv Təşkilatlara yüksək keyfiyyətli xidmət göstərərək, onların biznes maraqlarını təşviq edib və eyni zamanda, Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi üzərində çalışmaqdır.

 

Əsas siyasət

 

Azərbaycandakı Amerika Ticarət Palatası, Azərbaycanda yerləşən xarici və yerli təşkilatların maraqlarını dəstəkləyən və təşviq edən bir aparıcı qeyri-kommersiya assosiasiyadır. 1996-cı ildə yaradılmış AmCham, Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəaliyyət göstərən 260-dan çox üzv şirkətlərdən ibarətdir. AmCham Azərbaycan bütün xarici investisiyaların təxminən 80%-ni və eyni zamanda yerli investisiyaların da əhəmiyyətli hissəsini təmsil edir. 9 sənayə sektoru komitəsi vasitəsilə, Üzv Şirkətlər məlumatları paylaşa, ümumi narahatlıq yaradan məsələləri qaldıra və mümkün olan həlləri təklif edə bilərlər. Ölkənin ən böyük və ən nüfuzlu təşkilatlarından biri olan AmCham, ən yaxşı şəbəkə imkanlarını təmin edir. Digər üzvlük üstünlükləri bazarın ən son tendensiyaları barəsində məlumatlara çıxış (İllik Milli Əməkdaşın Əmək Haqqı Sorğusu, Rüblük İnflyasiya Sorğuları, AmCham Ağ Sənədlər, AmCham İllik Hesabatları, IMPACT Azərbaycan Rüblük Jurnallar kimi informasiya qaynaqları vasitəsilə); eşidilmək və təsir göstərmək şansı (Üzv Şirkətlər, biznesin gələcəyinə doğru real töhfələr vermək naminə, özlərini Vergi və Gömrük, Bank, Maliyyə və Sığorta, İnsan Resursları və Əmək, Rəqəmsal Texnologiyalar və İnnovasiyalar, Səyahət, Turizm və Qonaqpərvərlik, Dayanıqlı İnkişaf və Korporativ Təsir, FMCG (Gündəlik Tələbat Malları), Təchizat, o cümlədən, Hüquq və Komplayens kimi sahələr üzrə komitələrdə təmsil edirlər); Üzv-Üzvə Güzəşt Proqramı təklifləri; ABŞ-a B1/B2 Viza Asanlaşdırma Proqramı və s. kimi mənfəətlər təşkil edir.

AmCham Azərbaycan hər il bir sıra müxtəlif tədbirlər təşkil edir. Bura Konfranslar, Aylıq Naharlar, Ümumi Yığıncaq, Komitə İclasları, Kokteyllər, ABŞ Müstəqillik Günü Pikniki, Ağ-Qara Bal və digər tədbirlər daxildir. AmCham ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, yeni tərəfdaşlıqların qurulması və yeni imkanların araşdırılması məqsədilə təşkil edilmiş ilk Azərbaycan-ABŞ Biznes Forumuna da ev sahibliyi etmişdir. Bundan başqa, təşkilat səmərəli dialoq çərçivəsində İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi və bir sıra digər dövlət qurumları ilə uğurla əməkdaşlıq etməkdədir. Qeyd edək ki, 2016-ci ildə AmChamın nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə görüşmək şərəfinə nail olmuşdur.

Powered by Froala Editor