Biznesin Təbliğatı Haqqında Ümumi Baxış
Biznes
Business Advocacy Overview
Ötən illər ərzində, Azərbaycan hökuməti Azərbaycanda biznes mühitinin təkminlləşdirilməsi üçün çox işlər görmüşdür. Azərbaycanın neft-qaz sektorunda çox böyük miqdarda xarici investisiyaların axınını gördüyünə baxmayaraq, hökumət, qeyri-enerji sektorunun inkişafının Azərbaycanın gələcəyi və xalqının inkişafı üçün vacib olduğunu bilir. Hökumətin hazırkı siyasət istiqamətinin həyata keçirilməsinin və Sovet (eyni zamanda da daha sonraya ayid olanlar kimi), dövründən irəli gələn problemlərin davamlı şəkildə aradan qaldirilması görkəmli və çiçəklənən Azərbaycana Şərq-Qərb ticarət marşrutu, Xəzər hövzəsi və Mərkəzi Asiya üçün əvəzsiz bir regional maliyyə və dəstək mərkəzi olmağa imkanını verəcəkdir.
AmChamın kollektiv bilikləri, təcrübəsi və bacarığı bizə güclü bir səs verir, hansıyla ki biz Azərbaycanın siyasət prosesinə təsir göstərə bilərik. Azərbaycan daxilində artan firavanliğı dəstəkləmək məqsədilə, AmCham və onun komitələri, investisiya konfransları, Azərbaycan rəsmiləri və amerikalı diplomatlar və rəsmilərlə görüşlər vasitəsilə birbaşa danışıqlar aparırlar. Eyni zamanda, AmCham, üzvlərinə ən yüksək qerar qəbul edən hökumət qurumları ilə mühüm iqtisadi və ticarət məsələlərini müzakirə etmək imkanını verir. Həm Azərbaycanda, həm də xaricdə oxşar təşkilarlarla keçirilən daimi görüşlər, bizə fikirlərin və məlumatların, siyasətin koordinasiyasının və ümumi strateji məqsədlərin nail olunması üçün baxışın dəyərli mübadiləsinə bir imkan yaradir. AmCham, fəaliyyətlərimizin hüquqi çərçivəsi daxilində, komitələri təzminat dairəsində yönəltir və onları müvafiq nazirliklərə təqdim edir. Bu dəyişikliklər, parlamentdə eşidilərək, yeni qanunların son versiyasına böyük təsir göstərə bilər. AmCham da, təzminat və qanunvericilik prosesinə təsirini artırmaq üçün çalışır.
Powered by Froala Editor