NAHARLAR

Bizim aylıq İşgüzar naharlarımız, üzvlərimiz arasında olan faydalı biznes əlaqələri qüvvətləndirmək və artırmağa yönətilmişdir. Lunchonun rəsmi hissəsi, İdarə Heyəti tərəfindən dəvət olunmuş qonaq spikerin təqdimatından ibarət olur. Daha öncə dəvət olunan qonaq spikerlər arasında ölkəmizin milli lideri Cənab Heydər Əliyev, Kommunikasiyalar Naziri Cənab Əli Abbasov, Fövgəladə Hallar Naziri Cənab Kəmaləddin Heydərov,Gənclər və İdman Naziri Cənab Azad Rəhimov, ABŞ-ın Azərbaycandaki hal-hazırki Səfiri, Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Cənab Səlim Yusifov, Azərbaycan Parlamentinin vise-spikeri Cənab Valeh Əskərov, Dövlət Miqrasiya Xidmətinin rəhbəri Cənab Firudin Nəbiyev və digərləri kimi mühüm hökümət rəsmiləri vardır. Lunçon proqramlarına həmçinin yeni üzvlərin təqdimatları və üzvlük haqqında lövhə təqdimatları da daxildir. Bizim müntəzəm biznes tədbirlərimizin əsas bir amili kimi, aylıq İşgüzar naharlarımız AmCham-a hökumət ilə dostluq münasibətləri yaratmağda kömək olur.

Powered by Froala Editor

KOMİTƏ İCLASI

AmCham, 9 sənayə sektoru komitəsindən ibarətdir. Komitənin fəaliyyəti, könüllü şəkildə olaraq, AmCham Üzvlərinin ixtisaslı nümayəndələri tərəfindən aparılır. Beləliklə, AmCham üzvləri, məlumatı bölüşə, ümumi narahatlığa səbəb ola biləcək məsələləri qaldıra və mümkün olan həllər təklif edə bilərlər. Komitənin görüşlərinin əsas diqqət nöqtəsi Azərbaycandaki halhazırki vəziyyət və mühüm olan cari məsələlərdən asılıdır. Komitənin verdiyi qərarlar çox vaxt, sənayə biznesinin ümumi problemlərini aradan qaldırılmaq məqsədi daşiyan yeni qəbul olunmuş qanun, qayda və düzəlişlərə daxil olunur. Hər bir Daimi və ya Müxbir Üzv Təşkilatın əməkdaşı komitənin fəaliyyətində iştirak edə bilər.

Powered by Froala Editor

BUSINESS-AFTER-HOURS

AmCham Biznes Kokteylləri, üzvlərimiz və dostlarımız üçün rahat bir sosial mühitdə ünsiyyətlərin qurulması və biznes dialoqun aparılması üçün unikal bir fürsətdir. Burada Siz, AmCham üzvləri arasında şəbəkə imkanları yaratmaq üçün təsis olunmuş məşhur məkanlardan və əyləncə ilə biznesin gözəl bir qarışığından zövq ala bilərsiz.

Powered by Froala Editor

KONFRANS

AmCham konfransları hər il bir neçə dəfə olmaqla biznesin təşviqi prioritetləri əsasında keçirilir. Bu tədbirlər üzvlərə məhsuldar işgüzar dialoqun bir hissəsi olmaqla yanaşı, həmçinin yüksək səviyyəli məruzəçilərə birbaşa öz suallarını ünvanlandırmaq imkanı da verir. AmCham konfranslarında Nazirlər Kabineti, diplomatik və beynəlxalq maliyyə icmalarının görkəmli spikerləri və görkəmli korporativ üzvlər iştirak edir.

Powered by Froala Editor

MÜSTƏQİLLİK GÜNÜ PİKNİKLƏRİ

Müntəzəm olaraq, AmCham, hər il Üzv Təşkilatların əməkdaşları və onların ailə üzvləri üçün nəzərdə tutulmuş İllik Müstəqillik Günü Pikniki keçirdir. Hər il, 700-dən çox insan bu əyləncə ilə dolu günəşli bir gündə iştirak edir! Bu gün ərzində, həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan qarpız atmaq, tünd-müharibə və piroq yemək kimi yarışlar keçirilir. Sürpriz şousu da həmişə böyük və əyləncəli bir uğur olaraq qalır. Axşam saatlarına dair, tədbir ulduzlar altında rəqs və ənənəvi hava fişəng nümayişi ilə davam edir.

Powered by Froala Editor

AĞ-QARA BAL

AmCham üzvləri və rəhbərlərinə xüsusi bir mühit hiss etdirmək imkanı vermək məqsədi ilə, biz, hər il Ağ-Qara Balla ev sahibliyi edirik. Ağ-Qara Ball, zəriflik, qlamur, musiqi və rəqslə dolu möhtəşəm bir axşamdır. Gurme menyu ilə yanaşı, qonaqlarımız canlı musiqi və tamaşalardan zövq alır və bir sıra qiymətli hədiyyələr qazanmaq imkanına malik olurlar. Bu, sadəcə 500-dən çox qonaq və yüksək səviyyəli hökumət rəsmilərinin iştiraki olan nüfuzlu bir hadisə deyil, eyni zamanda üzvlərimizin mövqəsini və görüntülüyüni əhəmiyyətli dərəcədə artırmaq imkanıdır.

Powered by Froala Editor

DİGƏR TƏDBİRLƏR

AmCham mütəmadi olaraq tərəfdaşlar, ictimai təşkilatlarla bir sıra tədbirlər keçirir, həmçinin şəbəkə imkanlarını təmin etmək üçün üzv şirkətlərlə birgə tədbirlər təşkil edir

Powered by Froala Editor