Hüquq & Komplayns

Hüquq və Komplayns Komitəsi, Azərbaycan Respublikasında fəaliyyət göstərən AmCham üzv şirkətlərinin qarşılaşdıqları hüquqi və komplayns problemlərini həll etmək üçün 2017-ci ildə işçi qrupu olaraq yaradılmışdır. İşçi qrup 2018-ci ildə komitə statusu qazandı.

AmCham Hüquq və Komplayns Komitəsi, Azərbaycanda investisiya mühitinə təsir edən qanunvericilik və komplayns məsələlərinin təhlilinə diqqət yetirir. AmCham Ağ Sənədə tövhə Komitənin əsas fəaliyyət istiqamətlərindən biridir.

Hüquqşünasların, iqtisadçıların və müəssisə rəhbərlərinin təcrübəsindən istifadə etməklə Komitə Azərbaycanda investisiya cəlbediciliyinə təsir edən məsələlərin konstruktiv müzakirəsi üçün imkanlar yaradır. Komitə, eyni zamanda, Palatanın tənzimləmə orqanları, qanunverici və hökumət ilə əlaqəsi barədə Direktorlar Şurasına strateji rəhbərlik və tövsiyələr verir. Palatanın komplayns və risklərin idarə edilməsi fəaliyyətini və Palata tərəfindən qurulan hər hansı komplayns və risklərin idarə edilməsi proqramlarının səmərəliliyini nəzərdən keçirmək və izləmək Komitənin digər diqqət mərkəzidir.

Komitə rəhbərliyi

Rəhbər

Kamil Valiyev

DENTONS

Rəhbər müavini

Sharaf Asgarova

EKVITA

Rəhbər müavini

Toghrul Ahmadov

NEQSOL Holding