Royal Collection: Grand Opening

28 sentyabr 2023-cü il tarixində 28 may küçəsindəki 4 nömrəli evdə yeni dizayn və arxitektur həll variantları ilə seçilən “Royal Collection” butiki açıldı. Açılış gecəsinə toplaşan qonaqlar tarixin səhifələrini vərəqləyərək keçmişə - uzun illər əvvələ interaktiv səyahətə çıxdılar.

28 may küçəsi öz unikallığı ilə seçilir, belə ki, burada baş verən tarixi hadisələr Bakı şəhərinin salnaməsini formalaşdırıb - ilk vağzal, ilk telefon köşkləri və... şəhərdə “Royal Collection” adlı ilk zərgərlik butiki. Bu butikin kolleksiyasına daxil olan əşyalar hər zaman  maraq kəsb edən zinət əşyaları və nəsilləri birləşdirən məmulatlardır. 

“Royal Collection” butiki tarixi binalardan birində - əkiz evlərdə yerləşir. Bu evləri inşa etdirmək qərarı memarlığı sevən və ondan ilham alan xeyriyyəçi və neft sənayeçisi Musa Nağıyevə məxsusdur. O, bir zamanlar yüz il yaşayaraq yüz ev tikdirəcəyinə söz vermişdi. Onun bu arzusunu məşhur polşalı memar və mülki mühəndis İosif Ploşko reallaşdırıb. İstedadlı memar o vaxtlar Telefonnaya adlandırılan 28 may küçəsindəki bu binaların konsepsiyasına Avropanın paytaxt şəhərlərində məşhur olan “Art Nouveau” (modern) üslubu ilə italyan və fransız qotikasının elementlərini birləşdirib. Beləliklə, Musa Nağıyev və İosif Ploşkonun perspektiv duyum və baxışları sayəsində Bakı şəhəri “Şərqin Parisi”nə çevrildi. 4 və 6 nömrəli mədaxil evlərində isə şəhərin ən zəngin sakinləri üçün cəlbedici mağazalar açıldı, komfortlu mənzillər tikildi.

Lakin sürətli dəyişikliklərə və müasir həll variantlarına baxmayaraq, nə 28 may küçəsi, nə onun binaları, nə də bu küçədə yerləşən butiklər öz cazibəsini itirməyib, əksinə, indinin özündə də şəhər sakinləri üçün vacib olan dəyərləri – çoxşahəlilik, davamlılıq və qonaqpərvərliyi tərənnüm edir. 

Sentyabrın 28-də 4 nömrəli evin divarları arasında “Royal Collection” butikinin  qonaqları altı ünvan – “28 may küçəsi”, “Əkiz evlər”, “Hədiyyə mağazası”, “Ev xəzinələri” “Şəbəkə sehri” və “Xatirələr kolleksiyası” boyu interaktiv səyahətə çıxdılar. Bu ünvanların hər birində onları vaxtilə bakılıların həyatının bir hissəsi olmuş obyektlərin “dilindən” bir-birindən maraqlı rəvayətlər gözləyirdi. İnteraktiv ekskursiya zamanı köhnə telefon vasitəsi ilə küçənin melodiyasına qulaq asmaq və qədim şəbəkə sənətinin sehrinə tamaşa etmək mümkün idi. Daha sonra qonaqlara usta Tofiq Rəsulovun rəhbərliyi altında rəngarəng ornamentli taxta fiqur hazırlamaq, bir vaxtlar Musa Nağıyev kimi qızıl talisman tutmaq və öz xatirələrini “Royal Collection” butikinin qonaq kitabına yazmaq imkanı yaradıldı.

Proqramın mühüm elementi isə gecənin musiqili müşayiəti idi. Bir neçə görkəmli və orijinal ifaçı qonaqların “Royal Collection” ilə görüşünə rəng qatdı. Onlar öz ifaları ilə gecənin əsas leytmotivini - nəsillər arasındaki əlaqəni ənənəvi səsin müasir interpretasiyası vasitəsi ilə dəstəkləmiş oldular. Səhnədə “Oud”, “Jiva” və “Milam” musiqi qrupları və tarzən İbrahim Babayev öz məharətlərini sərgilədilər. Proqramı isə orijinal vokalçı və unikal tembr sahibi Sevda Ələkbərzadə “Xəzərin səsi” mahnısı ilə tamamladı.  

 

 

Tarix
28 Sentyabr 2023
Uyğun xəbərlər
22 Sentyabr 2023

“CEHİZ” LAYİHƏSİ: NƏSİLLƏRARASI DİALOQ VƏ AZƏRBAYCANDA CEHİZ MƏDƏNİYYƏTİNİN TƏDQİQİ

“ITALDIZAIN” şirkəti “Ambiance” butikində təqdim olunan “Herend”, “Moser” və “Greggio Greggio” brendlərinin dəstəyi və Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşlığı çərçivəsində  Azərbaycanda cehiz ənənələrinin tədqiqinə həsr olunmuş “CEHİZ” LAYİHƏSİNƏ start verdiyini bəyan edib.Azərbaycan mədəniyyətində “cehiz” məfhumu yeni ailə quran cütlüklər üçün hədiyyələrlə yanaşı, həm də ailə və qonaqpərvərlik kimi dərin köklü dəyərlərin rəmzi ifadəsidir. Cehiz mədəni irsi nəsildən-nəslə ötürən və hər bir insanın həyatında əlamətdar hadisə olan nikahın əhəmiyyətini vurğulayan keçmiş və gələcək arasında körpüdür. Bu layihənin məqsədi cehiz ənənələrinin tədqiqi çərçivəsində toplanılan bilikləri yeni nəslə ötürməkdir. “Cehiz” layihəsi mühazirələr, seminarlar və sahə tədqiqatları da daxil olmaqla, il boyu həyata keçiriləcək tədbirlər silsiləsini ehtiva edir. İştirakçılar cehiz ənənələrinin tarixi ilə yaxından tanış olmaq və bu sahədə mövcud olan təmayülləri müzakirə etmək, eləcə də öz düşüncə və təcrübələrini bölüşmək imkanı əldə edəcəklər.İyunun 19-da Azərbaycan Milli İncəsənət Muzeyində “Cehiz layihəsi” çərçivəsində “Dəyişməz klassika: Azərbaycan mədəniyyətində çini, büllur və gümüş məmulatlar” adlı ilk mühazirə keçirilib. Tədbirin məruzəçiləri qismində müxtəlif sahələr üzrə ekspertlər çıxış ediblər: Milli Azərbaycan Tarixi Muzeyinin Baş mühafizi Tarix üzrə fəlsəfə doktoru və dosent Məhfuzə Zeynalova, AMEA-nın Baş elmi işçisi Sənətşünaslıq üzrə fəlsəfə doktoru və dosent Telman İbrahimov və “FR Gallery & Studio” özəl qalereyasının həmsahibi Ruslan Hüseynov.Mühazirə əsnasında iştirakçılar Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan eksponatların mənşəyi, Azərbaycanda artefaktların axtarışı üsulları, eləcə də əntiq əşya kolleksiyaçılığına olan marağın yenidən vüsət alması haqqında məlumatlar əldə ediblər. Həmçinin, mühazirə zamanı ailənin davam etməsinin və ailə tarixinin qorunub saxlanmasının rəmzi olan qədim qab-qacağın nəsildən-nəslə ötürülməsi ənənəsinin əhəmiyyətinə xüsusi diqqət yetirilib. İştirakçılar müzakirələrdə fəal iştirak edib, ekspertlərə müvafiq suallar ünvanlayıblar.Mühazirə zamanı Telman İbrahimov XIX əsrə aid müxtəlif qab-qacaq nümunələrinin akustikasını müqayisə edərək, çini qab-qacağın keyfiyyət baxımından qiymətləndirilməsi üzrə unikal metodu nümayiş etdirib. Tərkibində 50%-dən çox kaolin (ağ gil) olan çini məmulatın kənarına xəfif zərbə toxunuşu ilə uzun, aydın melodik səs eşidə bilərsiniz. Bu, yüksək keyfiyyətə dəlalət edir. Müqayisə zamanı Macarıstanın “Herend” firması tərəfindən istehsal olunan çini məmulatlar antik Çin qab-qacağı fonunda öz parlaq və aydın səsi ilə seçilirdi ki, bu da yüksək keyfiyyət və sənətkarlıqdan xəbər verir.