“Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar” mövzusunda birgə vergi konfransı keçirilib

Oktyabrın 26-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə “Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar” mövzusunda birgə vergi konfransı keçirilib. Vergi qanunvericiliyi və inzibatçılığı sahəsində həyata keçirilən islahatlara, “kölgə iqtisadiyyatı” ilə mübarizə, şəffaflığa əməl edilməsi istiqamətində balansın qorunması kimi mövzulara həsr olunmuş konfransda “AmCham Azərbaycan”a üzv şirkətlərin 100-dən çox nümayəndəsi iştirak edib.

Tədbiri açan “AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə təsadüf edən 8-ci birgə vergi konfransının dövlət-biznes dialoqu, qarşılıqlı etimadın artırılması və ictimai əməkdaşlığın müzakirəsinə mühüm töhfə verdiyini qeyd edib. Bildirilib ki, DVX və “AmCham Azərbaycan” arasında işgüzar əməkdaşlıq mühiti və səmərəli münasibətlər mövcuddur. 

“AmCham”ın Vergi və gömrük komitəsinin sədri Nərmin Aslanova Vergi Məcəlləsində ediləcək dəyişikliklərlə bağlı bu günlərdə Palatanın üzvləri ilə geniş müzakirənin aparıldığını vurğulayıb və mövcud olan pozitiv dialoqun qarşılıqlı etimada gətirdiyini qeyd edib.

“AmCham Azərbaycan”ın 1-ci vitse-prezidenti İlqar Mehti dövlətin və biznesin qarşısında duran vəzifələrin artdığını bildirib, bu kimi görüşlərdə aparılan müzakirələrin təşkilat tərəfindən hazırlanan “Ağ sənəd”in formalaşdırılmasında əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, biznes vergi siyasətinin yumşaq və ya sərt deyil, balanslı olmasının tərəfdarıdır.

Tədbirdə iştirak edən Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “AmCham Azərbaycan”la olan səmərəli işgüzar münasibətləri yüksək qiymətləndirdiyini bildirib. Təşkilat tərəfindən hazırlanan “Ağ sənəd”də vergilərlə bağlı qaldırılan məsələlərin əhəmiyyətini qeyd edən DVX rəisi sonuncu hesabatda vurğulanmış bir sıra məsələlərin artıq həll olunduğunu diqqətə çatdırırb. 

Tədbir iştirakçılarına Dövlət Vergi Xidmətində aparılan struktur dəyişikliklərinə toxunan O.Nəzərli vergi ödəyicilərinin risklərinin təhlili və onun monitorinqi ilə bağlı yeni strukturun yaradıldığını, Ombudsman aparatının təsis olunduğuni qeyd edərək, bunun növbəti dövrdə müraciət və şikayətlərə daha keyfiyyətli baxmaq imkanı yaradacağına əminliyini edib. Bildirilib ki, DVX-nin mövcud strukturu vergi ödəyicisi təsnifatı və ərazi prinsipi üzrə qurulub. Növbəti mərhələdə isə qurum funksional sahə üzrə idarəetmə prinsipinə keçəcək ki, bu da vergi siyasətini və inzibatçılığını vahid bir şəkildə idarə etməyə, fiskal orqanla vergi ödəyiciləri arasında daha şəffaf münasibətlərin formalaşmasına imkan yaradacaq.

Fiskal sahədə şəffaflıq indikatorlarında müsbət nəticələrin olduğunu, vergi daxilolmalarının nominal artım tempinin ÜDM-in nominal artım tempini 7,7 faiz üstələdiyini deyən O.Nəzərli dövlətin iqtisadiyyatın böyüməsində, sahibkarların güclənməsində və dayanıqlı gəlirlər sisteminin formalaşmasında maraqlı olduğunu vurğulayıb. Xüsusilə də mikro sahibkarlıq subyektlərinin kiçiyə, kiçikdən ortaya çevrilməsinin iqtisadiyyatda keyfiyyət dəyişikliklərini daha da artıra biləcəyini qeyd edib və vergi siyasətinin bu prosesi dəstəkləyəcəyini diqqətə çatdırıb. DVX rəisi vergi siyasətində gözlənilən dəyişikliklər, ayrı-ayrı seqmentlərdə vergi təşviqinin, haqsız rəqabətin aradan qaldırılması üçün vergi alətlərinin tətbiqinin davam etdiriləcəyini vurğulayıb, vergi inzibatçılığında sahibkarlıq subyektlərini gözləyən müsbət yanaşmalar barədə məlumat verib.

“Deloitte Azərbaycan” şirkətinin idarəedici partnyoru Nuran Kərimov “kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində ciddi dəyişikliklərin müşahidə edildiyini bildirib. Sahibkarlıq subyektləri üçün açıq reyestr çıxışı olan məlumat bazasının yaradılmasının kontragentlərin seçilməsi prosesinə töhfə verə biləcəyi, vergi və kapitala amnistiyanın şəffaflığın davamlı olmasına mümkün müsbət təsirləri, gələcəkdə ümumbəyannamə sisteminə keçid imkanlarının qiymətləndirilməsinin vacibliyi vurğulanıb.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov növbəti ilin büdcə-vergi siyasəti çərçivəsində Vergi Məcəlləsində nəzərdə tutulmuş dəyişikliklərin istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, habelə vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi əsas prioritet istiqamətlərdir. Vergi siyasətinin hədəfləri yenə də biznesin təşviqi, vergi yükünün optimallaşdırılması və risklərin minimallaşdırılmasıdır. N.İmanov bir çox dəyişikliklərin sahibkarlıq subyektləri ilə keçirilən görüşlərdə geniş müzakirə olunduğunu qeyd edib.

“Oba” Marketlər Şəbəkəsinin ditektoru Natəvan İbrahimova “Modern retail”in inkişafının vergi islahatlarının tətbiqində rolu; “EY Azərbaycan” şirkətinin vergi partnyoru Arzu Hacıyeva iqtisadi əməliyyatlarda şəffaflığın təmin olunması, bu sahədə mövcud imkanlar və çətinliklər, həmçinin riskli vergi ödəyiciləri ilə bağlı yanaşmalar; “NEQSOL Holding Azərbaycan” şirkətinin vergi üzrə qrup rəhbəri Rəşad Abbasov vergi şəffaflığı və vergi əməletməsində balansın qorunması zərurəti və vergi təşviqləri; “PWC Azərbaycan”ın vergi direktoru Günel Sadiyeva vergi ödəyiciləri arasında keçirilmiş sorğuların nəticələri əsasında şəffaflığın artırılmasında etimadın rolu barədə çıxış ediblər.

Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi Elşən Rəhimli “kölgə iqtisadiyyatı”nın azalması istiqamətində əldə olunan nailiyyətlər barədə danışıb, iqtisadiyyatda şəffaflaşma indikatorları üzrə müşahidə olunan göstəricilər, qeyri-neft sektorunda nominal artım templəri, dövriyyələrin səviyyəsində, eləcə də aktiv vergi ödəyicilərinin və əmək müqavilələrinin sayında artım dinamikasını vurğulayıb. Qeyd olunub ki, 2023-cü ilin yanvar-avqust ayları ərzində könüllü əməletmə səviyyəsi cəmi daxilolmalarda 95 faizdən çox təşkil edib. 

Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təqdimatlarda və çıxışlarda səsləndirilmiş təklif və qaldırılmış məsələlərə münasibət bildirib, DVX-nin bununla ümumi baxış kontekstini açıqlayıb. 

Sonda DVX-nin rəis müavini Samirə Musayeva “AmCham Azərbaycan”ın üzvləri tərəfindən səsləndirilmiş çoxsaylı suallara aydınlıq gətirib, biznes üçün nəzərdə tutulan bir sıra müsbət yanaşmalar barədə məlumat verib. 

Logo, icon

Description automatically generatedClick to see the highlights from the Conference. 

Tarix
26 Oktyabr 2023
Uyğun xəbərlər
15 Fevral 2015

Bank, Maliyyə və Siğorta Komitəsinin Fevral Görüşü

On February 6, AmCham hosted BFI Committee`s Meeting.BFI Chairperson, Mrs. Aytan Rustamova, opened the meeting by welcoming members, guest speakers Sanan Hasanov (Demir Bank) and Nazim Mammadov (Alliance Group LLC) as well as informing the committee members on the achievements & challenges of the past year.Within the first part of the meeting Committee Chairperson passed the floor to the guest speaker of the meeting, Mr. Sanan Hasanov, the representative of Demir Bank who delivered a report on “EnergoCredit”, the collaborative project of European Bank for Reconstruction and Development (EBRD) with Demir Bank. The presentation was followed by Q&A session.Short bio of our guest speaker:Mr. Hasanov holds a master of Finance from Azerbaijan State University of Economy. He is currently working for DemirBank OJSC as Marketing Director. He has more than 10 years experience in banking sector in Azerbaijan. He has managed and implemented many local and international projects.During the second part of the meeting Mr. Nazim Mammadov, representative of Alliance Group LLC has delivered a presentation on “Case studies from Georgia on EnergoCredit project”. The presentation was followed by Q&A session.The Committee meeting finished by networking and one-to-one conversations.Powered by Froala Editor

17 Mart 2015

Bank, Maliyyə və Siğorta Komitəsinin Mart görüşü

On March 16, AmCham hosted BFI Committee Meeting.BFI Chairperson, Mrs. Aytan Rustamova, opened the meeting by welcoming committee members and guest speaker – Mrs. Julie Nutter, Director of the Office of Sanctions Policy and Implementation in the Department of State’s Bureau of Economic and Business Affairs.Within the first part of the meeting, Mrs. Julie Nutter delivered a very informative speech on “US Policy & Sanctions on Russia and Iran” followed by Q&A session.During the second part of the meeting, Mrs. Nutter introduced Mr. W. Stuart Huffman, Foreign Service Officer of the Office of Sanctions Policy and Implementation, who joined her during the Q&A session.Short bio of our guest speaker:Julie Hagarty Nutter is the Director of the Office of Economic Sanctions Policy and Implementation (SPI) in the Department of State’s Bureau of Economic and Business Affairs (EB). Prior to her current posting, she was the Economic Minister-Counselor at the U.S. Embassy in London.  From 2005 to 2008, Ms. Nutter was the Director of the Office of Development Finance in the Economic, Energy, and Business Affairs Bureau.  She previously served as the Economic Counselor in the U.S. Mission to the European Union in Brussels.  During her Brussels tour, she volunteered for an Iraq Provincial Reconstruction Team Leader position and spent seven months in Iraq, mostly in Basra, working to improve governance capacity at the provincial level.  In earlier jobs, she headed the Ukraine desk of the State Department in the run-up to the Orange Revolution, worked closely with other donors on G-8 and Balkan reconstruction issues, and did political and economic reporting during the Liberian civil war.  Ms. Nutter has a Masters’ degree in National Security Resource Strategy from the National Defense University and a Masters’ degree in International Economics from Georgetown University.  She has two daughters, and grew up in Philadelphia, Pennsylvania.Powered by Froala Editor

20 May 2015

Bank, Maliyyə və Siğorta Komitəsi və Korporativ Sosial Məsuliyyət Komitəsinin birgə görüşü

On May, 18, AmCham hosted BFI and CSR Committees` Joint Meeting.Mrs. Nargiz Nasrullayeva-Muduroglu opened the meeting by welcoming participants as well as introducing Mrs. Natavan Mammadova as the newly appointed Director of AmCham Azerbaijan. Afterwards, she passed the floor to Mrs. Ayten Rustamova, Chairperson of BFI Committee, who introduced guest speakers to the audience – Mrs. Gwen Burchell, Director of United Aid for Azerbaijan (UAFA) and Mrs. Natavan Hasanova, researcher of Strategic Research Center of AR (SAM).During the first part of the meeting, Mrs. Burchell informed the participants of the meeting about UAFA and its activity. Afterwards, she passed the floor to her colleague – Mr. Saleh Nasirov – who provided the detailed information about the activity direction of UAFA, particularly pre-school educationm reabilitation centers and social support and also, creation of educational systems in four regions of Azerbaijan. Moreover, Mr. Nasirov presented a video clip about Child Development Center in Baku established by UAFA.Within the second part of the meeting, the floor was passed to Mrs. Natavan Hasanova who delivered a presentation on “Research Results on Corporate Social Responsibility at Azerbaijani Banks”. Along with the report on local activities, Mrs. Hasanova provided very thorough information on CSR activities in different countries (USA, China, Japanm Germany, Italy, Australia).In the end of the meeting, Ms. Aynura Piriyeva, Chairperson of CSR Committee, announced the organization of CSR Excellence Award in cooperation with P. World on October 1, 2.Powered by Froala Editor