AmCham üzvlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib

9 dekabr 2021-ci il tarixdə Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında işgüzar görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinin müavini Elnur Əliyev əsas spiker qismində iştirak edib.  

Görüşdə AmCham tərəfindən 2021-ci ildə dərc olunan və Azərbaycanın biznes və investisiya mühitinin təkmilləşdirilməsi baxımından tövsiyə və təklifləri əhatə edən “Ağ sənəd”in təqdimatı keçirilib. Dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə işgüzar mühitin inkişaf etdirilməsinə, ölkədə aparılan  davamlı islahatlara dəstək xarakteri daşıyan sənəddə əks olunan məsələlər və təkliflər barədə fikir mübadiləsi aparılıb.  

AmCham Azərbaycanın İcraçı Direktoru Gülnarə Aslanbəyli tədbirin açılış nitqini söyləyərək iştirakçıları salamlayıb və qeyd edib ki, AmCham hökumət ilə fəal şəkildə əməkdaşlıq edir və ölkənin işgüzar mühitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirməkdə davam edir. O həmçinin qeyd edib ki, görüşdə AmCham-ın əsas siyasət sənədlərindən olan Ağ Sənədin müzakirəsi də aparılacaqdır.

Daha sonra söz alan AmCham-ın prezidenti Nuran Kərimov bu kimi tədbirlərin dövlət və özəl sektor arasındakı dialoqun davam etdirilməsi baxımından olduqca əhəmiyyətli olduğunu vurğulayıb. Cənab Kərimov qeyd edib ki, Ağ Sənəd AmCham-ın əsas siyasət sənədlərindən biri olaraq, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini dəstəkləmək məqsədilə hazırlanır və Azərbaycan hökumətinə təqdim olunur. Daha öncə 2005, 2008, 2011, 2014, 2016 və 2018-ci illərdə AmCham tərəfindən Ağ Sənədlər hazırlanaraq hökumətə təqdim edilmişdir. Ağ Sənədin son nəşri isə 2021-ci ildə hazırlanmış və aidiyyatı qurumlara təqdim edilmişdir. “Biz ölkədə son illərdə aparılan iqtisadi islahatları, xüsusilə də rəqabətli və dayanıqlı qeyri-neft sektorunun yaranmasını hədəfləyən və kölgə iqtisadiyyatına qarşı aparılan mübarizəni təqdirəlayiq hesab edirik. Qeyri-formal məşğulluğun səviyyəsinin aşağı enməsi də daxil olmaqla bu sahədə əldə edilmiş müsbət nəticələrə şahidlik edirik və hökumətin bu addımlarını dəstəkləyirik.” – cənab Kərimov vurğulayıb.

İqtisadiyyat Nazirinin müavini Elnur Əliyev iştirakçıları salamlayaraq təşkil edilmiş tədbirin dövlət və biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün əlverişli platforma olduğunu qeyd edib və bunun üçün AmCham-a təşəkkür edib. 

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycanda pandemiya şəraitində biznes və investisiya mühitinin dəstəklənməsi məqsədilə həyata keçirilmiş tədbirlər və bu tədbirlərin makroiqtisadi göstəricilərə müsbət təsirləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, həyata keçirilən tədbirlər nəticəsində işgüzar fəaliyyətin davamlılığını və 2021-ci ildə iqtisadi artımı təmin edib. Belə ki, bu ilin 10 ayı ərzində real ÜDM həcmi 4,9% artaraq 42 milyon ABŞ dolları təşkil edib, qeyri-neft ÜDM 5,9% artıb. Bu dövrdə xarici ticarət dövriyyəsi 24,7%, ixrac 37,7%, qeyri-neft ixracı isə 42% artıb.

Nazir müavini Azərbaycanın sosial-iqtisadi Milli Prioritetləri çərçivəsində rəqabətədavamlı insan kapitalının inkişaf etdirilməsi, inklüziv cəmiyyət və sosial ədalət, müasir texnologiyaların tətbiqi, “yaşıl” iqtisadiyyat və işğaldan azad olunmuş ərazilərimizin iqtisadi dirçəlişinin təmin olunmasının iqtisadiyyatın davamlı inkişafı baxımından önəmini vurğulayıb, bu isiqamətdə həyata keçirilən layihələr, görülən işlər barədə danışıb. Tədbir iştirakçıları, həmçinin investisiya cəlb olunmasının artırılması məqsədilə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlar üçün Elektron Kredit Platforması, Azərbaycan İnvestisiya Holdinqi, Ələt Azad İqtisadi Zonasının yaratdığı inestisiya imkanları barədə məlumatlandırılıb.

Növbəti olaraq AmCham-ın Vitse-prezident Nərgiz Nəsrullayeva-Müdüroğlu çıxış edib və Ağ Sənədin 2021-ci il nəşri çərçivəsində əhatə olunan tövsiyələr barədə ətraflı təqdimat edib. O qeyd edib ki, Ağ Sənəd və AmCham-ın digər mövqe sənədləri Azərbaycanın işgüzar mühitinin, geniş mənada isə bütövlükdə ölkənin daha da gücləndirilməsini təmin edəcək dəyişikliklər haqqında Palatanın üzvlərinin kollektiv düşüncəsini əks etdirməklə iqtisadiyyatın inkişafına töhfə vermək məqsədi daşıyır.

Daha sonra AmCham-ın Vergi və Gömrük komitəsinin sədri Ceyhun Məmmədov və Hüquq və Komplayens komitəsinin sədri Zaur Allahverdizadə "Ağ sənəd”də əks olunan müvafiq sahələrə dair tövsiyə və təkliflərlə bağlı geniş təqdimatlarla çıxış ediblər.

Nazir müavini “Ağ sənəd”də yer alan tövsiyə və təkliflərin İqtisadiyyat Nazirliyi tərəfindən dəyərləndiriləcəyini bildirib.

Görüşün sonunda sənəddə əks olunan məsələlər barədə müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib və biznes dairələrini maraqlandıran suallar İqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev tərəfindən cavablandırılıb. 

Tarix
9 Dekabr 2021
Uyğun xəbərlər
15 Fevral 2015

Bank, Maliyyə və Siğorta Komitəsinin Fevral Görüşü

On February 6, AmCham hosted BFI Committee`s Meeting.BFI Chairperson, Mrs. Aytan Rustamova, opened the meeting by welcoming members, guest speakers Sanan Hasanov (Demir Bank) and Nazim Mammadov (Alliance Group LLC) as well as informing the committee members on the achievements & challenges of the past year.Within the first part of the meeting Committee Chairperson passed the floor to the guest speaker of the meeting, Mr. Sanan Hasanov, the representative of Demir Bank who delivered a report on “EnergoCredit”, the collaborative project of European Bank for Reconstruction and Development (EBRD) with Demir Bank. The presentation was followed by Q&A session.Short bio of our guest speaker:Mr. Hasanov holds a master of Finance from Azerbaijan State University of Economy. He is currently working for DemirBank OJSC as Marketing Director. He has more than 10 years experience in banking sector in Azerbaijan. He has managed and implemented many local and international projects.During the second part of the meeting Mr. Nazim Mammadov, representative of Alliance Group LLC has delivered a presentation on “Case studies from Georgia on EnergoCredit project”. The presentation was followed by Q&A session.The Committee meeting finished by networking and one-to-one conversations.Powered by Froala Editor

17 Mart 2015

Bank, Maliyyə və Siğorta Komitəsinin Mart görüşü

On March 16, AmCham hosted BFI Committee Meeting.BFI Chairperson, Mrs. Aytan Rustamova, opened the meeting by welcoming committee members and guest speaker – Mrs. Julie Nutter, Director of the Office of Sanctions Policy and Implementation in the Department of State’s Bureau of Economic and Business Affairs.Within the first part of the meeting, Mrs. Julie Nutter delivered a very informative speech on “US Policy & Sanctions on Russia and Iran” followed by Q&A session.During the second part of the meeting, Mrs. Nutter introduced Mr. W. Stuart Huffman, Foreign Service Officer of the Office of Sanctions Policy and Implementation, who joined her during the Q&A session.Short bio of our guest speaker:Julie Hagarty Nutter is the Director of the Office of Economic Sanctions Policy and Implementation (SPI) in the Department of State’s Bureau of Economic and Business Affairs (EB). Prior to her current posting, she was the Economic Minister-Counselor at the U.S. Embassy in London.  From 2005 to 2008, Ms. Nutter was the Director of the Office of Development Finance in the Economic, Energy, and Business Affairs Bureau.  She previously served as the Economic Counselor in the U.S. Mission to the European Union in Brussels.  During her Brussels tour, she volunteered for an Iraq Provincial Reconstruction Team Leader position and spent seven months in Iraq, mostly in Basra, working to improve governance capacity at the provincial level.  In earlier jobs, she headed the Ukraine desk of the State Department in the run-up to the Orange Revolution, worked closely with other donors on G-8 and Balkan reconstruction issues, and did political and economic reporting during the Liberian civil war.  Ms. Nutter has a Masters’ degree in National Security Resource Strategy from the National Defense University and a Masters’ degree in International Economics from Georgetown University.  She has two daughters, and grew up in Philadelphia, Pennsylvania.Powered by Froala Editor

20 May 2015

Bank, Maliyyə və Siğorta Komitəsi və Korporativ Sosial Məsuliyyət Komitəsinin birgə görüşü

On May, 18, AmCham hosted BFI and CSR Committees` Joint Meeting.Mrs. Nargiz Nasrullayeva-Muduroglu opened the meeting by welcoming participants as well as introducing Mrs. Natavan Mammadova as the newly appointed Director of AmCham Azerbaijan. Afterwards, she passed the floor to Mrs. Ayten Rustamova, Chairperson of BFI Committee, who introduced guest speakers to the audience – Mrs. Gwen Burchell, Director of United Aid for Azerbaijan (UAFA) and Mrs. Natavan Hasanova, researcher of Strategic Research Center of AR (SAM).During the first part of the meeting, Mrs. Burchell informed the participants of the meeting about UAFA and its activity. Afterwards, she passed the floor to her colleague – Mr. Saleh Nasirov – who provided the detailed information about the activity direction of UAFA, particularly pre-school educationm reabilitation centers and social support and also, creation of educational systems in four regions of Azerbaijan. Moreover, Mr. Nasirov presented a video clip about Child Development Center in Baku established by UAFA.Within the second part of the meeting, the floor was passed to Mrs. Natavan Hasanova who delivered a presentation on “Research Results on Corporate Social Responsibility at Azerbaijani Banks”. Along with the report on local activities, Mrs. Hasanova provided very thorough information on CSR activities in different countries (USA, China, Japanm Germany, Italy, Australia).In the end of the meeting, Ms. Aynura Piriyeva, Chairperson of CSR Committee, announced the organization of CSR Excellence Award in cooperation with P. World on October 1, 2.Powered by Froala Editor