Bayram süfrəsi üçün “Şah plov” və “Qarabağ kətəsi” neçəyə başa gələcək?

Səadət HƏNİFƏYEVA (PR menecer, Veysəloğlu Şirkətlər Qrupu)

İqtisadçılar və analitiklər mürəkkəb iqtisadi məlumatları insanlara sadə dildə çatdırmaq üçün müxtəlif indekslər yaradırlar. Bu indekslər müəyyən dövrü əhatə edən göstəricilərin müqayisəsinə əsasən dəyişiklik dinamikasını ifadə edir. Yeri gəlmişkən, Şirkətlər Qrupumuzun hər ay dərc etdiyi “Veysəloğlu Pərakəndə İndeksi” marketlərimizdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə qiymət dəyişikliklərini əks etdirir. İndeks artıq ölkəmizin aparıcı maliyyə təşkilatlarının marağına səbəb olub.

Sıravi alıcılara bu indekslərin faydası nədir?

Qiymətləri əks etdirən indekslər bütün istehlakçılar üçün maraqlıdır. Çünki həmin indekslər alıcılara lazım olan məhsulların qiymətlərində dəyişiklikləri izləməyə və öz ailə büdcələrini sistemli şəkildə idarə etməyə imkan yaradır. Müxtəlif ölkələrdə fərqli göstəricilər üzrə şərti indekslər mövcuddur. “Big Mac” indeksi, “Borş” və ya “Paytaxt salatı” indeksləri və sosial şəbəkələrdə populyarlıq qazanmış iqtisadçı Aleksandr Abramovun düşündüyü “Marmelad ayıları” kimi indekslər maraqla izlənilir.

Bizim Abramova “cavab”ımız

Biz də A.Abramovun təşəbbüsündən ilhamlanaraq Novruz bayramı ərəfəsində “Şah plov” və “Qarabağ kətəsi” şərti indekslərini hazırlamağı düşündük. Niyə bu indeksləri şərti adlandırırıq? Çünki bu rəqəmlər müəyyən dövrü əhatə edən müqayisəli göstəriciləri deyil, məhz bu Novruz ərəfəsində qrupumuza daxil olan marketlərdə məhsulların real qiymətlərini əks etdirir.

Şirkətimizin analitiki Fərid Nəbizadə bu təşəbbüsü belə şərh edir: “Hər bir Azərbaycan ailəsinin bayram axşamı süfrəsində plov və milli şirniyyat olur. Biz hesablamalar apardıq və belə bir nəticəyə gəldik ki, 4-5 nəfərlik ailə üçün plov 23,63 manata və “Qarabağ kətəsi” 9,04 manata başa gələcək. Bu rəqəmləri biz marketlərimizdə olan qiymətlərin təhlilinə əsasən əldə etdik”.

Tarix
18 Mart 2022
Uyğun xəbərlər
17 Avqust 2021

Veysəloğlu Şirkətlər Qrupu iyul ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

Veysəloğlu Şirkətlər Qrupu aylıq təqdim edilən “Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyir.İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupunda istehlak məqsədi ilə məhsul alan bütün müştərilərin ən çox aldığı 4317 məhsul daxil edilib. Bu siyahıya qısa müddətli istifadəyə yararlı istehlak məhsulları (təzə qida), qida, spirtli və spirtsiz içkilər, həmçinin tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı satış miqdarlarına görə hər kateqoriyaya ağırlıq veririlir. Nəticədə müştərilərin orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”-nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə 4,8% artım müşahidə edilir. Belə ki, 2021-ci il iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə təzə qida məhsullarında 1,2%, qida və spirtsiz içkilərdə 8,2%, alkoqol və tütün məmulatlarında isə 5,5% artım olub.Veysəloğlu Şirkətlər Qrupunun missiyası cəmiyyəti təmiz, sağlam, münasib qiymət və keyfiyyətə gündəlik istehlak malları ilə təmin etməkdir. Təqdim olunan pərakəndə satış indeksi göstəricilərinə əsasən aydın olur ki, Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına xidmət edir.

6 Sentyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu avqust ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsul daxil edilib. Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin avqust ayında 2020-ci ilin avqust ayı ilə müqayisədə 6,1% artım müşahidə edilir. Cari ilin avqust ayında ötən ilin avqust ayı ilə müqayisədə təzə qida məhsullarında (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları) 4,0%, qida və spirtsiz içkilərdə 8,5%, alkoqol və tütün məmulatlarında isə 5,6% artım olub.“Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyən Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına sadiqliyini nümayiş etdirir.

5 Oktyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu sentyabr ayı üzrə Pərakəndə İndeksini açıqladı

Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsulu nəzərə alaraq hazırladığı pərakəndə satış indeksini hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşır.Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin sentyabr ayında 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 7,7% artım müşahidə edilir. Belə ki, cari ilin sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə təzə qida məhsullarında (qısa müddətli istifadəyə yararlı istehlak məhsulları) 6,7%, qida və spirtsiz içkilərdə 9,5%, alkoqol və tütün məmulatlarında isə 5,8% artım olub.27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox  əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.