Marketlərdə alıcılara ət və ət məhsulları necə təqdim olunur? Veysəloğlu Şirkətlər Qrupu bu mövzuda da çox seçicidir.

Pərakəndə sektorunda önəmli yerə malik olan Veysəloğlu Şirkətlər Qrupunun əsas fəaliyyət istiqamətlərindən biri də yalnız yerli cins heyvanların ətindən istifadə etməklə həyata keçirilən ət emalıdır. Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsində istehlakçılara keyfiyyətli ət və ət məhsulları təqdim olunur.

Ətin çatdırılması

Hər gün Bərdə, Ağcabədi və Beyləqandan dana və quzular Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi qeydiyyatından keçmiş mərkəzi kəsim məntəqələrinə gətirilir. Həmin məntəqələrdə bütün gigiyena standartlarına əməl olunmaqla kəsim aparılır, “soyuq zəncir” prinsipi ilə “Araz” supermarketlər şəbəkəsinin mərkəzi anbarına çatdırılır. Bu mərhələ peşəkar mütəxəssislər tərəfindən ciddi nəzarətdə saxlanılır.

Veysəloğlu Şirkətlər Qrupu soyuq şəraitdə saxlanılmalı olan qidanın istehsalından başlayaraq, daşınma, saxlanma və satış daxil olmaqla, bütün pillələrdə soyuq zəncirin qırılmaması üçün daima çalışır. Bu məqsədlə yeni təzə və dondurulmuş logistika mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə tutulur. Müasir tipli logistika mərkəzinin yaradılması üçün 25 milyon manat investisiya yatırılıb.

Ətin qəbulu necə aparılır?

Qəbul zamanı dana əti cəmdəyinin çəkisinin 150-200 kq, quzu əti cəmdəyinin çəkisinin isə 13-18 kq aralığında olmasına xüsusi diqqət edilir. Standartlara cavab verən məhsullar dinlənmək üçün soyuducu anbarlara yığılır.

Ətin cəmdək hərarəti dinlənmədən sonra 2-6 C°-yə salınır, daha sonra mağazaların təyinatına uyğun hissələrə ayrılan ətlər satış üçün marketlərə göndərilir. Təzə ət emal olunaraq “Araz” və “Spar” supermarketlər şəbəkəsinin mağazalarında satışa çıxarılır. Ətin vitrinlərdə saxlanılma müddəti 1 sutkadır.

Əhalinin qida və ərzaq təhlükəsizliyi

Veysəloğlu Şirkətlər Qrupu alıcılara təqdim etdiyi ətin keyfiyyətinə, yerli dana və quzular olmasına zəmanət verir. Veysəloğlu Şirkətlər Qrupunun Keyfiyyət İdarəetmə direktoru Anar Cümşüdovun sözlərinə görə, yeni logistika mərkəzində dondurulmuş, təzə ət və ət məhsullarını ən yüksək keyfiyyətlə saxlamaq mümkün olacaq. Bu mərkəz uyğun qiymətə və çox çeşidli məhsulları xalqımız üçün əlçatan edəcəkdir”.

Veysəloğlu Şirkətlər Qrupu cəmiyyəti təmiz, sağlam və keyfiyyətli gündəlik istehlak malları ilə təmin etmək missiyasına sadiqdir və bundan sonra da əhaliyə təhlükəsiz və etibarlı qida məhsullarını təqdim edəcək.

28 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 19 minə yaxın əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.

Tarix
6 May 2022
Uyğun xəbərlər
17 Avqust 2021

Veysəloğlu Şirkətlər Qrupu iyul ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

Veysəloğlu Şirkətlər Qrupu aylıq təqdim edilən “Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyir.İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupunda istehlak məqsədi ilə məhsul alan bütün müştərilərin ən çox aldığı 4317 məhsul daxil edilib. Bu siyahıya qısa müddətli istifadəyə yararlı istehlak məhsulları (təzə qida), qida, spirtli və spirtsiz içkilər, həmçinin tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı satış miqdarlarına görə hər kateqoriyaya ağırlıq veririlir. Nəticədə müştərilərin orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”-nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə 4,8% artım müşahidə edilir. Belə ki, 2021-ci il iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə təzə qida məhsullarında 1,2%, qida və spirtsiz içkilərdə 8,2%, alkoqol və tütün məmulatlarında isə 5,5% artım olub.Veysəloğlu Şirkətlər Qrupunun missiyası cəmiyyəti təmiz, sağlam, münasib qiymət və keyfiyyətə gündəlik istehlak malları ilə təmin etməkdir. Təqdim olunan pərakəndə satış indeksi göstəricilərinə əsasən aydın olur ki, Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına xidmət edir.

6 Sentyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu avqust ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsul daxil edilib. Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin avqust ayında 2020-ci ilin avqust ayı ilə müqayisədə 6,1% artım müşahidə edilir. Cari ilin avqust ayında ötən ilin avqust ayı ilə müqayisədə təzə qida məhsullarında (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları) 4,0%, qida və spirtsiz içkilərdə 8,5%, alkoqol və tütün məmulatlarında isə 5,6% artım olub.“Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyən Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına sadiqliyini nümayiş etdirir.

5 Oktyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu sentyabr ayı üzrə Pərakəndə İndeksini açıqladı

Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsulu nəzərə alaraq hazırladığı pərakəndə satış indeksini hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşır.Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin sentyabr ayında 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 7,7% artım müşahidə edilir. Belə ki, cari ilin sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə təzə qida məhsullarında (qısa müddətli istifadəyə yararlı istehlak məhsulları) 6,7%, qida və spirtsiz içkilərdə 9,5%, alkoqol və tütün məmulatlarında isə 5,8% artım olub.27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox  əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.