Veysəloğlu Şirkətlər Qrupu SAP NOW forumunda

Böyük rəqəmsal transformasiya mərhələsində olan Veysəloğlu Şirkətlər Qrupu SAP layihəsinin icrasına indiyə kimi 5 mln. manatdan çox vəsait yatırıb.

Veysəloğlu Şirkətlər Qrupunun Rəqəmsal Transformasiya direktoru Özgür Kakmacı Azərbaycanda ilk dəfə SAP NOW forumunda çıxış edib. O, qrupda bu ildən etibarən başlayan genişmiqyaslı rəqəmsallaşma prosesi ilə bağlı təcrübələri bölüşüb. İlk növbədə söhbət SAP S/4HANA platformasına keçiddən gedir.

Özgür Kakmacı çıxışında bunları vurğulayıb: “Bizim üçün SAP yalnız rəqəmsallaşma deyil, bu, dayanıqlı inkişaf, şəffaflıq, daha yaxşı müştəri təcrübəsi, əməkdaşlarımız və istehlakçılar üçün dəyər yaratmaq deməkdir”. O, əlavə olaraq bildirib ki, Şirkətlər Qrupunda 2020-2025-ci illər ərzində davam edəcək SAP layihəsinin icrasına indiyə kimi 5 mln. manatdan çox vəsait yatırılıb.

SAP sistemi 19,500 nəfərdən çox əməkdaşı olan Veysəloğlu Şirkətlər Qrupunda məlumatları yüksək səviyyədə idarə etməyə, mükəmməl təhlil və proqnozlar əldə etməyə imkan yaradır. Bu isə öz növbəsində şirkətin məlumatlarının keyfiyyətinin və təhlükəsizliyinin təmin olunmasına və biznes proseslərin yüksək effektivliyinə xidmət edəcək.

Veysəloğlu Şirkətlər Qrupunda Müşahidə Şurasının üzvü Natəvan İbrahimova: “SAP rəqəmsallaşma ilə yanaşı, əməkdaşlarımızın inkişafı üçün də ciddi bir yatırımdır. SAP-ni işində tətbiq edə bilən əməkdaş qlobal təcrübəyə çıxış imkanı əldə edir və çeviklik qazanır. Bu isə potensialı və karyera hədəfləri olan hər bir şəxs üçün dəyərli imkandır”.

Tədbirdə banklar, nəqliyyat, neft-qaz, istehsalat və pərakəndə satış sahəsinin nümayəndələri iştirak ediblər. Plenar sessiyalarda SAP ekspertləri, tərəfdaşları və müştəriləri qeyri-rəsmi şəraitdə rəqəmsal transformasiyanın çətinliklərini müzakirə edib, bu problemlərin aradan qaldırılması və yeni imkanların açılması ilə bağlı uğur hekayələrini paylaşıblar. Veysəloğlu Şirkətlər Qrupu, PAŞA Holding, Deloitte, AKFA Qrup, KTZ, PAŞA İnşaat və digər şirkətlərin təcrübələri və fikirləri dinlənilib.

“SAP Azərbaycan” şirkətinin icraçı direktoru Svetlana Yankina SAP strategiyasının cari çağırışlara necə cavab verməsi barədə danışıb: “Bu gün dəyişmək üçün lazım olan sürəti texnologiya verir. Yenilikçi olmaq, müxtəlif texnologiyaları sınamaqdan qorxmamaq və ən təsirli olanları seçmək vaxtıdır. Cəsarətli olmaq və trendləri müəyyən etməyin zamanıdır. Əminəm ki, Veysəloğlu Şirkətlər Qrupunda rəqəmsal transformasiyanın tətbiqi təkcə yerli deyil, həm də beynəlxalq şirkətlər üçün yaxşı nümunə olacaq”.

Tədbirə media partnyoru olaraq, APA Qrup və 1news.az dəstək olub.

28 ildir ki, ölkə iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.

Tarix
23 İyun 2022
Uyğun xəbərlər
17 Avqust 2021

Veysəloğlu Şirkətlər Qrupu iyul ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

Veysəloğlu Şirkətlər Qrupu aylıq təqdim edilən “Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyir.İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupunda istehlak məqsədi ilə məhsul alan bütün müştərilərin ən çox aldığı 4317 məhsul daxil edilib. Bu siyahıya qısa müddətli istifadəyə yararlı istehlak məhsulları (təzə qida), qida, spirtli və spirtsiz içkilər, həmçinin tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı satış miqdarlarına görə hər kateqoriyaya ağırlıq veririlir. Nəticədə müştərilərin orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”-nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə 4,8% artım müşahidə edilir. Belə ki, 2021-ci il iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə təzə qida məhsullarında 1,2%, qida və spirtsiz içkilərdə 8,2%, alkoqol və tütün məmulatlarında isə 5,5% artım olub.Veysəloğlu Şirkətlər Qrupunun missiyası cəmiyyəti təmiz, sağlam, münasib qiymət və keyfiyyətə gündəlik istehlak malları ilə təmin etməkdir. Təqdim olunan pərakəndə satış indeksi göstəricilərinə əsasən aydın olur ki, Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına xidmət edir.

6 Sentyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu avqust ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsul daxil edilib. Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin avqust ayında 2020-ci ilin avqust ayı ilə müqayisədə 6,1% artım müşahidə edilir. Cari ilin avqust ayında ötən ilin avqust ayı ilə müqayisədə təzə qida məhsullarında (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları) 4,0%, qida və spirtsiz içkilərdə 8,5%, alkoqol və tütün məmulatlarında isə 5,6% artım olub.“Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyən Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına sadiqliyini nümayiş etdirir.

5 Oktyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu sentyabr ayı üzrə Pərakəndə İndeksini açıqladı

Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsulu nəzərə alaraq hazırladığı pərakəndə satış indeksini hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşır.Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin sentyabr ayında 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 7,7% artım müşahidə edilir. Belə ki, cari ilin sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə təzə qida məhsullarında (qısa müddətli istifadəyə yararlı istehlak məhsulları) 6,7%, qida və spirtsiz içkilərdə 9,5%, alkoqol və tütün məmulatlarında isə 5,8% artım olub.27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox  əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.