“Qış möcüzəsi” layihə

100 ildən artıq şanlı tarixə malik Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Respublikada dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır və təşkilat ehtiyaclılara yardım etmək məqsədilə Yeni ilə ərəfəsində “Qış möcüzəsi” adlı layihəni həyata keçirməyi planlaşdırır. Layihə haqqında ətraflı məlumat aşağıda qeyd edilmişdir:


Davamlılıq müddəti: Hər il, dekabr ayın 20-dən, yanvar ayın 15-dək
Hədəf qrupun yaş həddi:  0-15 yaş
Hədəf qrup:  Aztəminatlı ailələr (uşaqlar) və ya valideyn qayğısından məhrum uşaqlar
Minimal əhatə etdiyimiz ehtiyaclıların sayı: 50 nəfər
Əhatə dairəsi:  Bakı və regionlar
Minimal tələb olunan büdcə: 6000 AZN (və ya həmin məbləğ ekvivalentində geyim, ərzaq yaxud da oyuncaqlar)
Hazırlıq müddəti: Minimum 20 gün

Layihənin həyata keçirilməsi üçün AzQAC olaraq tərəfdaşların, donor və sponsorların cəlb olunması prosesini başladırıq. Son müraciət tarixi : 10.12.2022.

Əlavə suallarınızla bağlı aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz: 
+994706350036 / nurana.hasanova@redcrescent.org.az

Tarix
1 Noyabr 2022
Uyğun xəbərlər