Veysəloğlu Şirkətlər Qrupunun 28 yaşı tamam olur

Şirkətlər Qrupu hazırda 19,000-dən çox insanın iş yeridir.

Veysəloğlu Şirkətlər Qrupunun təməli “Veysəloğlu Distribusiya” şirkəti ilə 1994-cü ildə qoyulub. Hazırda pərakəndə, logistika, distribusiya və istehsalat kimi istiqamətləri birləşdirən Veysəloğlu Şirkətlər Qrupu 19,000-dən çox əməkdaşı əhatə edir. Bu il dünyanın ən nüfuzlu konsaltinq şirkətlərindən biri olan Deloitte-in Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində qaliblərdən biri də Veysəloğlu Şirkətlər Qrupu olub.

Veysəloğlu Şirkətlər Qrupunun əsas missiyası alıcıları keyfiyyətli və mümkün münasib qiymətə məhsullarla təmin etməkdir. “Araz” supermarketlər şəbəkəsi, “OBA” marketlər şəbəkəsi”, “Veysəloğlu Distribusiya” şirkəti, “Ulduz” Şokolad Fabriki, “Xonça” Fabriki, “Veysəloğlu Georgia” distribusiya şirkəti və alman məhsullarını alıcılara təqdim edən “Veysəloğlu-Rossmann” şirkətləri bu qrupa daxildir. Yeri gəlmişkən, bu gün 28 yaşı tamam olmuş “Veysəloğlu Distribusiya” şirkəti ölkənin topdansatış bazarında önəmli rola və paya sahibdir və bir neçə tanınmış beynəlxalq brendin uzun illərdir ki, etibarlı partnyorudur.

Şirkətlər Qrupunun müasir və beynəlxalq standartlara uyğun logistika mərkəzi var. Bu müəssisə ölkənin qida təhlükəsizliyində əhəmiyyətli rola malikdir.

“Veysəloğlu” yeniliklərlə də seçilir. Bazara fərqli və maraqlı konsept gətirmək məqsədilə “OBA” markası altında “discount-convinience” (əlverişli və müştəriyə yaxın) konseptli marketin yaradılması ilə insanların alış-veriş seçimlərini artırdı. Qrup həm də “Veysəloğlu-Rossmann” şirkətini qurmaqla Almaniyanın “Rossmann” brendinin sağlamlıq və şəxsi qulluq məhsullarını, daha sonra isə Avropanın bir sıra ölkələrində satılan Polşa brendi “Pepco” məhsullarını Azərbaycan istehlakçıları üçün əlçatan edib.

Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsi ölkəmizin iqtisadiyyatı və cəmiyyətimiz üçün real dəyər yaratmaqdır. Şirkətlər Qrupu son 6 ildə yerli və xarici maliyyə qurumlarından əldə etdiyi kreditlər hesabına ölkə iqtisadiyyatına ümumilikdə 200 milyon manatdan çox investisiya yatırıb. Müştərilərinə təqdim olunan məhsulları yüksək keyfiyyətlə saxlamağa imkan verən hazırda tikilən soyuq anbarın yaradılmasına isə şirkət 28 milyon manat investisiya yatırımı edir.

Bu gün Veysəloğlu Şirkətlər Qrupu qeyri-neft sektorunun ən böyük işəgötürənlərindən biridir. Şirkətlər Qrupunda təkcə ötən ildə 2000-nə yaxın yeni iş yeri yaradılıb. Veysəloğlu Şirkətlər Qrupunun müasir logistika mərkəzində “Fəhlədən İnkişaf” proqramı ilə bu illər ərzində sıravi əməkdaşlar bacarıq və təcrübəsini artıraraq menecer vəzifələrinə yüksəlirlər. Veysəloğlu Şirkətlər Qrupu ölkənin müxtəlif bölgələrində yerli əhalini işlə təmin edir.

Veysəloğlu Şirkətlər Qrupu dayanıqlı inkişaf məsələsinə ciddiyyətlə yanaşır. Özünün ölkəyə və ümumilikdə dünyaya olan ekoloji, iqtisadi, sosial təsirini və məsuliyyətini yaxşı anlayır. Şirkət insan kapitalına dəstəyi dayanıqlı inkişafın vacib istiqamətlərindən biri kimi qəbul edir.

“Veysəloğlu” “Gələcəyini Qur” sosial təşəbbüsünə qoşulmaqla istedadlı gənclərə ali məktəbə hazırlıq prosesində dəstək olur. Son 3 ildə bu dəstək sayəsində 50-dən çox gənc ali məktəbə qəbul olunub. Qrup eləcə də “Veysəloğlu ilə İlk Addım” təcrübə proqramı ilə istedadlı, yüksək potensiala malik gənclərin universitetlərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmələrinə imkan yaradır. Bu proqramı bitirən bütün gənclər Veysəloğlu Şirkətlər Qrupunda iş təklifi alıblar. Bununla da Qrup müasir əmək bazarının tələblərinə uyğun gənc kadrların yetişdirilməsinə və insan kapitalının inkişafına dəstək olur.

2022-ci ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte-in Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində qaliblərdən biri də Veysəloğlu Şirkətlər Qrupu elan olundu. Şirkətlər Qrupu bu mükafata ümumi biznes nəticələri, korporativ sosial məsuliyyət strategiyası və dayanıqlı inkişafı, həmçinin bu istiqamətdə nümayiş etdirdiyi səylərinə görə layiq görülüb.

Veysəloğlu Şirkətlər Qrupu ölkəmizdə baş verən ictimai-iqtisadi proseslərdə fəal iştirak etməyə cəhd göstərir və bu səbəblə Qarabağın iqtisadi bərpasına öz töhfəsini verməyə çalışır. Bu məqsədlə Qrup Qarabağ Dirçəliş Fondu ilə əməkdaşlıq edir.

Şirkətlər Qrupu şəhid ailələrinə və Qarabağ qazilərinə dəstək olan “YAŞAT” Fondu ilə tərəfdaşdır. Bu yaxınlarda keçirilmiş “Qayıdış” xeyriyyə sərgisində rəsm əsərlərinin satışından əldə edilən vəsaitin böyük hissəsi bu Fonda ianə ediləcək. Bununla yanaşı, bayramlar və əlamətdar günlərdə 200-ə yaxın Qarabağ qazisi, şəhid ailəsi və digər həssas qruplara aid olan ailələrə Şirkətlər Qrupu tərəfindən sovqatlar çatdırılır.

Veysəloğlu Şirkətlər Qrupu öz əməkdaşları, tərəfdaşları və hətta rəqibləri ilə ədalətli davranmağı özünə üstünlük hesab edir. Partnyorlarla etibarlı və uzunmüddətli işgüzar əməkdaşlıq münasibətləri sayəsində Şirkətlər Qrupu məhsullarının qiymətinin imkan daxilində sabit saxlanılmasına çalışır. Həmçinin şirkətin özəl marka məhsullarına sahib olması və meyvə-tərəvəzi birbaşa fermerdən alması alıcıları təbii və təzə məhsullarla təmin etməyə imkan yaradır. Bununla Şirkətlər Qrupu həmçinin kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaqla ölkə iqtisadiyyatına dəyər qatır.

Veysəloğlu Şirkətlər Qrupu ailələrin sağlam qidalanması, ümumiyyətlə, cəmiyyətin sağlam olması ilə bağlı məsuliyyətini anlayır. Şirkətlər Qrupunun yanaşmalarından biri də budur: “Evdə ailəmizə, uşağımıza rəva görmədiyimiz, rahatlıqla yedirdə bilmədiyimiz heç bir məhsulu istehsal etmirik”.

Veysəloğlu Şirkətlər Qrupuna virtual tur: https://www.youtube.com/watch?v=bXteODW-8RA

Tarix
4 Noyabr 2022
Uyğun xəbərlər
17 Avqust 2021

Veysəloğlu Şirkətlər Qrupu iyul ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

Veysəloğlu Şirkətlər Qrupu aylıq təqdim edilən “Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyir.İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupunda istehlak məqsədi ilə məhsul alan bütün müştərilərin ən çox aldığı 4317 məhsul daxil edilib. Bu siyahıya qısa müddətli istifadəyə yararlı istehlak məhsulları (təzə qida), qida, spirtli və spirtsiz içkilər, həmçinin tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı satış miqdarlarına görə hər kateqoriyaya ağırlıq veririlir. Nəticədə müştərilərin orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”-nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə 4,8% artım müşahidə edilir. Belə ki, 2021-ci il iyul ayında 2020-ci ilin iyul ayı ilə müqayisədə təzə qida məhsullarında 1,2%, qida və spirtsiz içkilərdə 8,2%, alkoqol və tütün məmulatlarında isə 5,5% artım olub.Veysəloğlu Şirkətlər Qrupunun missiyası cəmiyyəti təmiz, sağlam, münasib qiymət və keyfiyyətə gündəlik istehlak malları ilə təmin etməkdir. Təqdim olunan pərakəndə satış indeksi göstəricilərinə əsasən aydın olur ki, Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına xidmət edir.

6 Sentyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu avqust ayı üzrə Pərakəndə İndeksini açıqlayıb

İndeks göstəricilərinə Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsul daxil edilib. Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin avqust ayında 2020-ci ilin avqust ayı ilə müqayisədə 6,1% artım müşahidə edilir. Cari ilin avqust ayında ötən ilin avqust ayı ilə müqayisədə təzə qida məhsullarında (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları) 4,0%, qida və spirtsiz içkilərdə 8,5%, alkoqol və tütün məmulatlarında isə 5,6% artım olub.“Veysəloğlu Pərakəndə İndeksi” vasitəsilə məlumatları ictimaiyyətlə açıq paylaşmaqla müştərilərə istehlak səbətlərini planlayan zaman dəstək olmağı hədəfləyən Şirkətlər Qrupu bazarda münasib və maksimum sabit qiymət siyasəti aparmaqla öz missiyasına sadiqliyini nümayiş etdirir.

5 Oktyabr 2021

Veysəloğlu Şirkətlər Qrupu sentyabr ayı üzrə Pərakəndə İndeksini açıqladı

Veysəloğlu Şirkətlər Qrupu müştərilərinin ən çox satın aldığı 4317 adda məhsulu nəzərə alaraq hazırladığı pərakəndə satış indeksini hər ay ictimaiyyət və maliyyə qurumları ilə paylaşır.Bu siyahıya təzə qida (qısamüddətli istifadəyə yararlı istehlak məhsulları), qida və spirtsiz içkilər, həmçinin spirtli içkilər və tütün məmulatları daxildir. İndeksin hesablanması zamanı hər kateqoriyaya satış miqdarlarına görə ağırlıq verilir. Nəticədə məhsulların orta illik və aylıq qiymət dəyişikliyi tempini izləmək mümkün olur.“Veysəloğlu Pərakəndə İndeksi”nə daxil edilən məhsulların qiymətində 2021-ci ilin sentyabr ayında 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 7,7% artım müşahidə edilir. Belə ki, cari ilin sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə təzə qida məhsullarında (qısa müddətli istifadəyə yararlı istehlak məhsulları) 6,7%, qida və spirtsiz içkilərdə 9,5%, alkoqol və tütün məmulatlarında isə 5,8% artım olub.27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdansatış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox  əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.