Qanunvericiliyə edilən son dəyişikliklər, aprel 2023

Mülki Məcəlləyə dəyişikliklər  

24  fevral  2023-cü  il  tarixində  “Mülki  Məcəlləyə  dəyşikliklər  edilməsi haqqında” Qanun qəbul edilmişdir. 

Dəyişikliyə əsasən, Mülki Məcəllənin 13 maddəsi dəyişdirilmiş və 37-ci fəsli (“Borc”) yeni redaksiyada verilmişdir. 

Dəyişikliklər iki istiqamətdə edilmişdir: 

(i) Borc alan və istehlakçıların hüquqlarının daha yaxşı mühafizəsi üçün kredit                müqaviləsini       tənzimləyən       normalar             təkmilləşdirilmişdir. Ümumilikdə, dəyişiklik aşağıdakı yenilikləri özündə ehtiva edir: 

∙             Borc verən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Əlavə olaraq, borc verən qarşısında borc   öhdəliyinin   icrasının   təminatı   kimi   onun   nizamnamə kapitalında olan payları (səhmləri) çıxış edə bilməz. Bu addımlar payların   (səhmlərin)   geri   alışının   dolayı   olaraq   borc   alan tərəfindən maliyyələşməsinin qarşısını almaq məqsədi güdür. 

∙             Borc müqaviləsi predmetinin (pul və ya digər əvəz edilən əşyalar) verildiyi və qaytarıldığı gün anlayışı ətraflı tənzimlənmişdir; 

∙             Faizlər bütün kredit məbləğinə yox, sadəcə ödəmə tarixinə qədər ödənilməmiş    əsas                borc       qalığının              məbləğinə          əsasən hesablanacaq; 

∙             Yalnız müvafiq qaydada kredit vermək səlahiyyətinə malik olanl şəxslər  kommersiya  məqsədləri  üçün  müntəzəm  olaraq  borc verən kimi çıxış edə və qeyri-məhdud sayda şəxslərə borc verə bilərlər. 

∙             Yeni  kredit  müqaviləsi  növü  –  istehlak  krediti  müqaviləsi  – müəyyən edilmişdir. Bu növ müqavilənin məqsədi istehlakçıları müdafiə etmək üçün xüsusi tədbirlər (məsələn, anlaşılmazlıqların qarşısını almaq üçün ilkin məlumat sistemi, qeyri-sabit faizlərin qadağan  edilməsi,  bütün  qeyri-müəyyənliklərin  istehlakçının xeyrinə şərh edilməsi və s.) tətbiq etməkdir. 

(ii) Texnologiyanın inkişafı nəticəsində  yaranan yeniliklərə cavab.  Bu sahədə Qanun aşağıdakı dəyişikləri əhatə edir: 

∙             Əqd (1) onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks  etdirməyə  imkan  verən  (2)  elektron  və  ya  digər  texniki vasitələrin  köməyi  ilə  bağlanıldıqda  da  yazılı  formaya  riayət edilmiş  hesab edilir.           İradə ifadəsini  dürüst  müəyyən  etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 

∙             İstehlak  krediti  müqaviləsi  yazılı  formada  kağız  və  ya  digər davamlı daşıyıcıda tərtib edilə bilər. 

Qanun 1 oktyabr 2023-cü il tarixində qüvvəyə minəcək.

Kredit təşkilatları üçün əlavə qaydalar 

24 fevral 2023-cü ildə “Kredit təşkilatları”, “Banklar”, “Bank olmayan kredit   təşkilatları”   haqqında   Azərbaycan   Respublikası   qanunlarına dəyişiklik  edilməsi  barədə  Azərbaycan  Respublikası  Qanunu  (bundan sonra “Dəyişiklik”) qəbul edilmişdir. 

Dəyişikliyə əsasən kredit təşkilatları tərəfindən kreditlər verilərkən və kredit təşkilatlarının üzvləri tərəfindən kreditlərin alınması (qaytarılması) zamanı Mülki Məcəllənin tələblərinin nəzərə alınması məcburidir. 

Dəyişiklik banklar və onların müştəriləri arasında münasibətlərin hüquqi tənzimlənməsinə dair yeni qayda nəzərdə tutur. Mülki Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, kreditin verilməsi ilə əlaqədar yaranan faizlərin və (və ya) digər ödənişlərin məbləği və ya hesablanması qaydası tərəflərin razılığı ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş ödənişlərə görə faizlər və əlavə haqlar yalnız ödəmə tarixinə qədər ödənilməmiş əsas borc qalığının məbləğinə hesablanır. 

Həmçinin, dəyişikliyə əsasən, Bank Olmayan Kredit Təşkilatları (“BOKT”) tərəfindən kreditlərin verilməsi üçün bağlanmış müqavilənin müddəaları Mülki Məcəllənin tələblərinə uyğun olmalıdır. 

Dəyişiklik 31 mart 2023-cü ildə qüvvəyə minib. 

İstismar olunan minik avtomobillərinin idxalına yeni məhdudiyyətlər 

29  mart  2023-cü  ildə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin “İstismar  olunan  minik  avtomobillərinin  Azərbaycan  Respublikasının gömrük   ərazisinə   gətirilməsinin   məhdudlaşdırılması   haqqında”   94 nömrəli Qərarı (bundan sonra “Qərar”) qəbul edilmişdir. 

Qərar   insanların   həyat   və   sağlamlığının,   eləcə   də   ətraf   mühitin qorunması,   avtonəqliyyat   vasitələrindən   atılan   zərərli   maddələrin azaldılması, ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır. Müvafiq olaraq, zavoddan buraxılış tarixinə əsasən istismar müddəti 10 (on) ildən artıq          olan       minik     avtomobillərinin              Azərbaycan                ərazisinə              idxalı məhdudlaşdırılacaq. Bu məhdudiyyət nadir (raritet) və müvəqqəti idxal olunan minik avtomobillərinə şamil edilmir. 

Qərar 28 aprel 2023-cü ildə qüvvəyə minəcək. 

Beynəlxalq          avtomobil           daşımaları           ilə           bağlı qanunvericilikdə dəyişikliklər

24 fevral 2023-cü ildə Gömrük Məcəlləsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan   Respublikasının   Qanununa   dəyişikliklər   (bundan   sonra “Dəyişikliklər”) qəbul edilib. 

Dəyişikliyə  əsasən,  beynəlxalq  avtomobil  daşımalarını  həyata  keçirən avtonəqliyyat  vasitələrinə  dövlət  sərhədinin  buraxılış  məntəqələrində icazə blanklarının verilməsi gömrük orqanlarının vəzifələri siyahısından çıxarılıb. Həmçinin, belə icazəyə görə dövlət rüsumunun ödənilməsini müəyyən edən maddə ləğv edilib. 

Müvafiq olaraq, Azərbaycan Respublikasının ərazisinə giriş/çıxış və ya tranzit keçid zamanı aşağıdakı hallarda dövlət rüsumu tutulmayacaq: 

∙             Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda; 

∙             Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün; 

∙             Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün; 

∙             Xarici dövlətlərdə qeydiyyatda olan avtomaşınların Azərbaycan 

Respublikası ərazisində yüklənməsinə görə; 

∙             Xarici   dövlətlərdə   qeydiyyatda   olan   nəqliyyat   vasitələrinin 

Azərbaycan Respublikası ərazisinə yüksüz daxil olması üçün; 

∙             İri tonnajlı, xarici dövlətlərdə qeydiyyatda olan yük avtonəqliyyat 

vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olması üçün; 

∙             Dövlətlərarası   sazişləri   pozan   xarici   avtomobil   daşıyıcıları 

Azərbaycan Respublikası ərazisindən çıxdıqda. 

Dəyişiklik 2023-cü il martın 1-dən qüvvəyə minib. 

Əməyin  mühafizəsi  üçün  işçilərdən  xərc  tələb etməyən tədbirlər 

24 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun (“Dəyişiklik”) qəbul edilib. 

Dəyişikliyə          əsasən, işçilər    əməyin mühafizəsi          tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı heç bir xərc çəkmirlər. 

Dəyişikliyə qədər, bu məsələ Əmək Məcəlləsində dəqiq göstərilmirdi. 

Dəyişiklik 2023-cü il martın 10-da qüvvəyə minib. 

Mərkəzi Bank: Faiz dəhlizinin yeni parametrləri 

29 mart 2023-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Faiz dəhlizinin parametrləri haqqında” Qərarı (“Qərar”) qəbul edilib. 

Qərarla faiz dəhlizinin uçot dərəcəsi (8,75%), aşağı həddi (7%) və yuxarı həddi (9,75%) qaldırılıb. Qərar inflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq Mərkəzi Bankın anti-inflyasiya yönümlü  pul  siyasətini  davam  etdirməsinə  əsaslanaraq  qəbul  edilib. Qərarın  məqsədi  inflyasiyanın   azaldılması   və   pul-kredit  siyasətinin normallaşdırılmasıdır. 

Qərar 30 mart 2023-cü ildən qüvvəyə minib. Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat 3 may 2023-cü ildə ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək. 

İdxal rüsumlarından azad olunan yeni mallar 

15 aprel, 2023-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti xarici iqtisadi  fəaliyyətin   mal   nomenklaturası,  idxal  gömrük  rüsumlarının dərəcələri   və   ixrac   gömrük   rüsumlarının   dərəcələrinə   dəyişiklik edilməsinə dair qərar (“Qərar”) qəbul etmişdir. 

Qərara  əsasən, 270 mal üçün idxal  gömrük  rüsumunun dərəcəsi  31 dekabr 2030-cu il tarixinədək 0%-ə endirilmişdir. Bu siyahıya bəzi qida və təsərrüfat   məhsulları   da   olmaqla   bir   sıra   digər   mallar   daxildir. Dəyişiklikdən öncə, bu növ mallar üçün idxal gömrük rüsumunun dərəcəsi 5% və 15% idi. 

Qərar 1 yanvar 2024-cü ildə qüvvəyə minəcək.

Qanunvericiliyə edilən son dəyişikliklər, aprel 2023

Mülki Məcəlləyə dəyişikliklər  24  fevral  2023-cü  il  tarixində  “Mülki  Məcəlləyə  dəyşikliklər  edilməsi haqqında” Qanun qəbul edilmişdir. Dəyişikliyə əsasən, Mülki Məcəllənin 13 maddəsi dəyişdirilmiş və 37-ci fəsli (“Borc”) yeni redaksiyada verilmişdir. Dəyişikliklər iki istiqamətdə edilmişdir: (i) Borc alan və istehlakçıların hüquqlarının daha yaxşı mühafizəsi üçün kredit                müqaviləsini       tənzimləyən       normalar             təkmilləşdirilmişdir. Ümumilikdə, dəyişiklik aşağıdakı yenilikləri özündə ehtiva edir: ∙             Borc verən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Əlavə olaraq, borc verən qarşısında borc   öhdəliyinin   icrasının   təminatı   kimi   onun   nizamnamə kapitalında olan payları (səhmləri) çıxış edə bilməz. Bu addımlar payların   (səhmlərin)   geri   alışının   dolayı   olaraq   borc   alan tərəfindən maliyyələşməsinin qarşısını almaq məqsədi güdür. ∙             Borc müqaviləsi predmetinin (pul və ya digər əvəz edilən əşyalar) verildiyi və qaytarıldığı gün anlayışı ətraflı tənzimlənmişdir; ∙             Faizlər bütün kredit məbləğinə yox, sadəcə ödəmə tarixinə qədər ödənilməmiş    əsas                borc       qalığının              məbləğinə          əsasən hesablanacaq; ∙             Yalnız müvafiq qaydada kredit vermək səlahiyyətinə malik olanl şəxslər  kommersiya  məqsədləri  üçün  müntəzəm  olaraq  borc verən kimi çıxış edə və qeyri-məhdud sayda şəxslərə borc verə bilərlər. ∙             Yeni  kredit  müqaviləsi  növü  –  istehlak  krediti  müqaviləsi  – müəyyən edilmişdir. Bu növ müqavilənin məqsədi istehlakçıları müdafiə etmək üçün xüsusi tədbirlər (məsələn, anlaşılmazlıqların qarşısını almaq üçün ilkin məlumat sistemi, qeyri-sabit faizlərin qadağan  edilməsi,  bütün  qeyri-müəyyənliklərin  istehlakçının xeyrinə şərh edilməsi və s.) tətbiq etməkdir. (ii) Texnologiyanın inkişafı nəticəsində  yaranan yeniliklərə cavab.  Bu sahədə Qanun aşağıdakı dəyişikləri əhatə edir: ∙             Əqd (1) onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks  etdirməyə  imkan  verən  (2)  elektron  və  ya  digər  texniki vasitələrin  köməyi  ilə  bağlanıldıqda  da  yazılı  formaya  riayət edilmiş  hesab edilir.           İradə ifadəsini  dürüst  müəyyən  etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. ∙             İstehlak  krediti  müqaviləsi  yazılı  formada  kağız  və  ya  digər davamlı daşıyıcıda tərtib edilə bilər. Qanun 1 oktyabr 2023-cü il tarixində qüvvəyə minəcək.Kredit təşkilatları üçün əlavə qaydalar 24 fevral 2023-cü ildə “Kredit təşkilatları”, “Banklar”, “Bank olmayan kredit   təşkilatları”   haqqında   Azərbaycan   Respublikası   qanunlarına dəyişiklik  edilməsi  barədə  Azərbaycan  Respublikası  Qanunu  (bundan sonra “Dəyişiklik”) qəbul edilmişdir. Dəyişikliyə əsasən kredit təşkilatları tərəfindən kreditlər verilərkən və kredit təşkilatlarının üzvləri tərəfindən kreditlərin alınması (qaytarılması) zamanı Mülki Məcəllənin tələblərinin nəzərə alınması məcburidir. Dəyişiklik banklar və onların müştəriləri arasında münasibətlərin hüquqi tənzimlənməsinə dair yeni qayda nəzərdə tutur. Mülki Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, kreditin verilməsi ilə əlaqədar yaranan faizlərin və (və ya) digər ödənişlərin məbləği və ya hesablanması qaydası tərəflərin razılığı ilə müəyyən edilir. Faizlər, o cümlədən gecikdirilmiş ödənişlərə görə faizlər və əlavə haqlar yalnız ödəmə tarixinə qədər ödənilməmiş əsas borc qalığının məbləğinə hesablanır. Həmçinin, dəyişikliyə əsasən, Bank Olmayan Kredit Təşkilatları (“BOKT”) tərəfindən kreditlərin verilməsi üçün bağlanmış müqavilənin müddəaları Mülki Məcəllənin tələblərinə uyğun olmalıdır. Dəyişiklik 31 mart 2023-cü ildə qüvvəyə minib. İstismar olunan minik avtomobillərinin idxalına yeni məhdudiyyətlər 29  mart  2023-cü  ildə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin “İstismar  olunan  minik  avtomobillərinin  Azərbaycan  Respublikasının gömrük   ərazisinə   gətirilməsinin   məhdudlaşdırılması   haqqında”   94 nömrəli Qərarı (bundan sonra “Qərar”) qəbul edilmişdir. Qərar   insanların   həyat   və   sağlamlığının,   eləcə   də   ətraf   mühitin qorunması,   avtonəqliyyat   vasitələrindən   atılan   zərərli   maddələrin azaldılması, ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi daşıyır. Müvafiq olaraq, zavoddan buraxılış tarixinə əsasən istismar müddəti 10 (on) ildən artıq          olan       minik     avtomobillərinin              Azərbaycan                ərazisinə              idxalı məhdudlaşdırılacaq. Bu məhdudiyyət nadir (raritet) və müvəqqəti idxal olunan minik avtomobillərinə şamil edilmir. Qərar 28 aprel 2023-cü ildə qüvvəyə minəcək. Beynəlxalq          avtomobil           daşımaları           ilə           bağlı qanunvericilikdə dəyişikliklər24 fevral 2023-cü ildə Gömrük Məcəlləsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan   Respublikasının   Qanununa   dəyişikliklər   (bundan   sonra “Dəyişikliklər”) qəbul edilib. Dəyişikliyə  əsasən,  beynəlxalq  avtomobil  daşımalarını  həyata  keçirən avtonəqliyyat  vasitələrinə  dövlət  sərhədinin  buraxılış  məntəqələrində icazə blanklarının verilməsi gömrük orqanlarının vəzifələri siyahısından çıxarılıb. Həmçinin, belə icazəyə görə dövlət rüsumunun ödənilməsini müəyyən edən maddə ləğv edilib. Müvafiq olaraq, Azərbaycan Respublikasının ərazisinə giriş/çıxış və ya tranzit keçid zamanı aşağıdakı hallarda dövlət rüsumu tutulmayacaq: ∙             Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda; ∙             Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün; ∙             Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün; ∙             Xarici dövlətlərdə qeydiyyatda olan avtomaşınların Azərbaycan Respublikası ərazisində yüklənməsinə görə; ∙             Xarici   dövlətlərdə   qeydiyyatda   olan   nəqliyyat   vasitələrinin Azərbaycan Respublikası ərazisinə yüksüz daxil olması üçün; ∙             İri tonnajlı, xarici dövlətlərdə qeydiyyatda olan yük avtonəqliyyat vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olması üçün; ∙             Dövlətlərarası   sazişləri   pozan   xarici   avtomobil   daşıyıcıları Azərbaycan Respublikası ərazisindən çıxdıqda. Dəyişiklik 2023-cü il martın 1-dən qüvvəyə minib. Əməyin  mühafizəsi  üçün  işçilərdən  xərc  tələb etməyən tədbirlər 24 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun (“Dəyişiklik”) qəbul edilib. Dəyişikliyə          əsasən, işçilər    əməyin mühafizəsi          tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı heç bir xərc çəkmirlər. Dəyişikliyə qədər, bu məsələ Əmək Məcəlləsində dəqiq göstərilmirdi. Dəyişiklik 2023-cü il martın 10-da qüvvəyə minib. Mərkəzi Bank: Faiz dəhlizinin yeni parametrləri 29 mart 2023-cü ildə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin “Faiz dəhlizinin parametrləri haqqında” Qərarı (“Qərar”) qəbul edilib. Qərarla faiz dəhlizinin uçot dərəcəsi (8,75%), aşağı həddi (7%) və yuxarı həddi (9,75%) qaldırılıb. Qərar inflyasiyanın daxili və xarici mühitində müşahidə olunan risklərə reaksiya olaraq Mərkəzi Bankın anti-inflyasiya yönümlü  pul  siyasətini  davam  etdirməsinə  əsaslanaraq  qəbul  edilib. Qərarın  məqsədi  inflyasiyanın   azaldılması   və   pul-kredit  siyasətinin normallaşdırılmasıdır. Qərar 30 mart 2023-cü ildən qüvvəyə minib. Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat 3 may 2023-cü ildə ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək. İdxal rüsumlarından azad olunan yeni mallar 15 aprel, 2023-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti xarici iqtisadi  fəaliyyətin   mal   nomenklaturası,  idxal  gömrük  rüsumlarının dərəcələri   və   ixrac   gömrük   rüsumlarının   dərəcələrinə   dəyişiklik edilməsinə dair qərar (“Qərar”) qəbul etmişdir. Qərara  əsasən, 270 mal üçün idxal  gömrük  rüsumunun dərəcəsi  31 dekabr 2030-cu il tarixinədək 0%-ə endirilmişdir. Bu siyahıya bəzi qida və təsərrüfat   məhsulları   da   olmaqla   bir   sıra   digər   mallar   daxildir. Dəyişiklikdən öncə, bu növ mallar üçün idxal gömrük rüsumunun dərəcəsi 5% və 15% idi. Qərar 1 yanvar 2024-cü ildə qüvvəyə minəcək.

Tarix
4 May 2023
Uyğun xəbərlər