HASİLATIN PAY BÖLGÜSÜ SAZİŞLƏRİ VƏ RİSK XİDMƏT SAZİŞLƏRİ – ƏSAS NEFT VƏ QAZ SAZİŞLƏRİ

Hasilatın pay bölgüsü sazişi (“HPBS”) təbii ehtiyatların kəşfiyyatı, işlənməsi və hasilatı üçün hökumət ilə xarici neft şirkətləri arasında hüquq münasibətlərini yaradan vasitələrdən biridir.

Bu sazişlərin tarixi keçən əsrin 60-cı illərinə qədər gedir və ilk dəfə İndoneziyada tətbiq edilmişdir. Daha əvvəllər isə konsessiya sistemləri mövcud idi. Konsessiya müqavilələri xarici neft şirkətlərinə karbohidrogenlərin kəşfiyyatına və çıxarılmasına icazə verir, qarşılığında isə onlardan hökumətə royalti və vergi ödəmələrini tələb edirdi.

Konsessiya müqavilələri həddən artıq uzun müddət (adətən, 50-99 il) və böyük ərazilər üçün bağlanılırdı, hasil edilməmiş karbohidrogenlər üzərində mülkiyyət hüququnu xarici neft şirkətlərinə verirdi və onların yataq üzərində tam nəzarətə sahib olmasını təmin edirdi. Bütün bu qeyd olunan xüsusiyyətlər neft ölkələrinin maraqlarına açıq-aşkar zidd idi və ona görə də, onları düşündürürdü. Təbii ehtiyatlar üzərində ayrılmaz suverenlik hüququnun təşəkkül tapması, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının “Əlamətdar Qətnamə” kimi istinad olunan 1803 (XVII) nömrəli, 14 dekabr 1962-ci il tarixli Qətnaməsinin qəbul edilməsi həmin ölkələrə imkan yaratdı ki, konsessiya müqavilələrindən hasilatın pay bölgüsü sazişlərinin xeyrinə imtina etsinlər.

HPBS xarici neft şirkətlərinin ölkəyə sərmayə və təcrübə gətirməsi üçün qapıları açmaqla, həm də neft ölkələri üçün bir sıra maddi və qeyri-maddi fayda gətirmişdir. Xüsusən də aşağıdakıları buraya daxil etmək olar:

  • Hasilat baş tutduqda dövlətə çatacaq karbohidrogen payı;
  • Hasilatın əvvəlcədən müəyyənləşdirilmiş qaydada bölüşdürülməsinin dəqiq olması;
  • Mənfəət vergisi və royalti də daxil olmaqla, ümumilikdə vergilərdən daxilolmalar;
  • İmza bonusu, hasilat bonusu, akrhesabı haqq və digər formalarda dövlətə ödəmələr nəzərdə tutan müxtəlif bonus mexanizmləri;
  • Qəbul edən ölkə üçün risklərin aşağı olması, xarici neft şirkətinin texnologiya və strateji qərarvermə məsələlərindəki təcrübəsindən faydalanmaq imkanı;
  • Hasil edilməmiş neft və qaz üzərində mülkiyyət hüququnun dövlətdə qalması;
  • İnfrastrukturun inkişafı;
  • Daxili bazarda neft və qaz təchizatı və s.

Yataqların kəşfiyyatı, işlənməsi və hasilatı üçün uzun müddətin tələb olunmasını nəzərə alaraq, neft və qaz investisiyaları uzun müddətli investisiya hesab olunur və buna görə də, HPBS adətən 25-30 il müddətinə bağlanılır. 1994-cü ildə 30 il müddətinə bağlanmış və daha sonra 2049-cu ilə qədər uzadılmış “Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş yerli təcrübədə bu qəbildən olan sazişlərə bariz nümunədir.

HBPS “upstream” sektorunda demək olar ki, ən çox istifadə olunan neft və qaz razılaşması olsa da, bu sahədəki yeganə vasitə deyil. Risk xidmət sazişləri (“RXS”) də tanınmağa və ölkəmizdə də istifadə olunmağa başlanıb. Bu müqavilə konsepsiyaları arasındakı əsas fərq xarici neft şirkətinin mükafatlandırılması mexanizmi ilə bağlıdır. HPBS-in adından da göründüyü kimi, hasil edilmiş karbohidrogen dövlətə məxsus olur, lakin xarici neft şirkəti ilə bölüşdürülür. Digər tərəfdən isə, RXS çərçivəsində xarici neft şirkətləri onlara veriləcək müəyyən kompensasiya qarşılığında neft və qaz əməliyyatları həyata keçirirlər. Ümumilikdə, bu kompensasiyanın nağd olaraq verilməsi nəzərdə tutulsa da, ayrı-ayrı hallarda natura şəklində də (karbohidrogen məhsulları ilə) razılaşdırıla bilər ki, bu da qeyd olunan müqavilə rejimlərinin daha az fərqlənməsinə səbəb olur. Təcrübədə HBPS ilə RXS arasındakı seçim həm də işlənilməsi nəzərdə tutulan yatağın yetişkinlik dərəcəsindən asılıdır. Onu da qeyd etmək lazımdır ki, müqavilənin necə adlandırılmasından asılı olmayaraq, onun əsas mətnində fərqli qaydalar nəzərdə tutala bilər.

Neft və qaz əməliyyatları üçün yerli qanunvericilik də mühüm əhəmiyyət kəsb edir. Bəzi ölkələrdə ayrıca neft və qaz qanunları olur, digərləri isə bu sahəni müxtəlif qanunvericilik aktları vasitəsilə tənzimləyirlər. Azərbaycanda bu sektor üçün əsas normativ hüquqi aktlar “Yerin təki haqqında” və “Energetika haqqında” Qanunlardır. “Yerin təki haqqında” Qanun yer təkinin öyrənilməsi (axtarış, kəşfiyyat), onun səmərəli istifadəsi, mühafizəsi və görülən işlərin təhlükəsizliyi ilə əlaqədar münasibətləri tənzimləyir, yerin təkindən istifadədə dövlətin, yer təki istifadəçilərinin və vətəndaşların mənafelərinin qorunmasını təmin edir. “Energetika haqqında” Qanun isə neft, qaz və elektroenergetika sahələrinin dövlət tənzimlənməsinin ən ümumi hüquqi əsaslarını özündə birləşdirir. Buna baxmayaraq, neft və qaz sazişlərinin tətbiqini və qüvvədə olmasını təmin etmək üçün onlara Azərbaycanda qanun qüvvəsi verilir. Bununla da, yerli qanunvericilik adı çəkilən sazişlərə aid olan, lakin həmin sazişlərdə nəzərdə tutulmayan məsələləri tənzimləyir.

Onu da qeyd etmək istərdim ki, HBPS-lər təkcə neft və qaz sektorunda deyil, həm də qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı da daxil olmaqla, daha geniş mədən sənayesində istifadə olunur. Azərbaycan təcrübəsindən buna misal olaraq, “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişi göstərmək olar.

EVKİTA neft və qaz sektorunda fəaliyyət göstərən şirkətlərlə uzun müddətli təcrübəyə malikdir və Azərbaycanın neft sektorunda mövcud olan, o cümlədən yeni gələn şirkətlərə hüquq, vergi, mühasibat uçotu, audit və idarəetmə üzrə məsləhət xidmətləri göstərməyə hazırdır. Aktiv müştərilərimiz arasında dünya miqyasında fəaliyyət göstərən və “Fortune 500”-də yer alan şirkətləri qeyd edə bilərik.

EKVİTA ümumi biznes məsləhət xidmətlərini hüquq, maliyyə və vergi sahəsində zəngin təcrübə ilə birləşdirən kompleks peşəkar xidmət təqdim edir.

EKVİTA-nın bazardakı aparıcı mövqeyi beynəlxalq reytinq təşkilatları tərəfindən və müvafiq beynəlxalq standartlarla tanınır.

Tarix
19 May 2023
Uyğun xəbərlər
29 Dekabr 2019

Company (LLC) registration in Azerbaijan (Innovation in registration of an LLC)

As EKVITA, we provide services in multiple areas of law (corporate, labor, migration, tax, litigation, etc.), as well as accounting, audit, business development and accompany our clients starting from early stages of their businesses. In this regard, putting it simply, I would like to speak about “opening the company”. That is, what is the most appropriate organizational form for starting a business in Azerbaijan, its advantages, necessary procedures in the registration process and etc. As you know, there are several organizational forms for the establishment of a company in the legislation. However, today I would like to tell you about the Limited Liability Company (LLC), which is the most acceptable and simple one among the rest in terms of procedural and legal requirements. If we refer to the definition of LLC – a limited liability company means company established by one or more persons (natural persons and (or) legal entity), the charter capital of which is divided into shares, the sizes of which are specified by the charter. As can be seen from mentioned definition, the legislation does not set limits regarding the number of founders of the LLC. In other words, the founder can be one or more persons, including a foreign citizen. It should be noted that in the case of foreign citizens, the legislative or documentation requirements are the same as for Azerbaijani citizens, i.e. there are no additional or special requirements. Another benefit of the LLC is the absence of any restrictions regarding its charter capital in the legislation. In other words, there is no minimum or maximum limit, the charter capital may be settled in any amount. Therefore, in many cases, when establishing the LLC, the charter capital is formed in the amount of 10-100 manats. It also should be noted that the registration process of the LLC is notable for its simplicity, and it would be appropriate to emphasize the innovative policy pursued by the Ministry of Taxes in this sphere. Thanks to it, Azerbaijan has established itself in 9th place in terms of the “Starting a Business” indicator among 190 countries this year, according to the annual Doing Business Report of the World Bank.Powered by Froala Editor

24 Yanvar 2020

EKVITA Qanuni Dəyişikliklər

Legal Act: Order on the implementation of renewable energy pilot projectsLegal Act: Law on the procedure for using the right of legislative initiative by citizens of the Azerbaijan RepublicLegal Act: Law on n minimum living wage in the Republic of Azerbaijan for 2020Legal Act: Law on the limit of the demand criteria in the Republic of Azerbaijan for 2020Legal Act: Decree on amendments to the Decree of the President of the Republic of Azerbaijan On ensuring the activities of the Agency for the development of small and medium-sized businesses of the Republic of AzerbaijanLegal Act: Law on amendments to the Law on Courts and JudgesLegal Act: Law on amendments to the Code of Administrative OffensesLegal Act: Law on amendments to the Tax CodeLegal Act: Law on amendments to the Law on State Forensic Examination ActivitiesLegal Act: Law on amendments to the Law on Health InsurancePowered by Froala Editor

28 Yanvar 2021

EKVITA Dekabr Qanuni Dəyişikliklər

Legal Act: Law on Amendments to the Law on Deposit InsuranceLegal Act: Law on Amendments to the Law on Full Deposit InsuranceLegal Act: Decree on Amendments to the Procedure for the Formation, Management and Use of the Fund to Support the Fight Against CoronavirusLegal Act: Law on Amendments to the Code of Administrative OffensesLegal Act: Law on Amendments to the Law on MediationLegal Act: Order on measures for the implementation of a pilot project for the construction of a wind farm with a capacity of 240 MWLegal Act: Law on the subsistence minimum in the Republic of Azerbaijan for 2021Legal Act: Law on Amendments to the Law on Environmental ProtectionLegal Act: Law on Amendments to the Labor CodePowered by Froala Editor